NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycandan qaz alan Qərb atdığı addımları iki dəfə fikirləşməlidir

© AFP 2024 / JUAN BARRETOqaz
qaz  - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Keçmiş səfir vurğulayıb ki, prezident İlham Əliyev dəfələrlə sülh əlini uzadıb, erməni əhali ilə görüş təklif edilib
BAKI, 17 avqust — Sputnik. "Bu gün Qərb, Avropa İttifaqı Azərbaycanın qazını almaq üçün qapısına gəlirsə, atdığı addımları iki dəfə fikirləşməlidir". Bunu "Report"a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

"Azərbaycan həmişə Qarabağda yaşayan ermənilərə əl uzadır, onları öz vətəndaşları kimi görür. Azərbaycan xalqı tolerant və alicənab bir xalqdır. Prezident İlham Əliyev dəfələrlə sülh əlini uzadıb, erməni əhali ilə görüş təklif edilib. Amma təəssüf ki, qarşı tərəf bunlarda maraqlı olmayıb. Qərb, Avropa ittifaqı ölkələri ağıllarını başlarına yığsınlar, erməni diasporunun oyunlarına alət olmasınlar. Əgər Ermənistanın yaxşılığını düşünürlərsə, onu sülh sazişinə dəvət etsinlər", - deyə diplomat vurğulayıb.

Hulusi Kılıç qeyd edib ki, erməni diasporu Ermənistanda yaşayan xalqa xəyanət edir:
"Erməni diasporunun nümayəndələri Qərbdə komfort bir həyat yaşadığı halda, erməni xalqı Ermənistanda böyük bir yoxsulluq içindədir. Erməni diasporunun fəaliyyəti Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə zərər vurur və regiondakı problemin həllini yubadır. Bundan ən çox zərər görən isə elə Ermənistandır. Amma diasporları bunun fərqində deyil, öz varlığını davam etdirmək üçün hər yola əl atır. Diaspor yalanları ilə Qərb ölkələrini aldatmağa çalışır. Bu yolda bəzi çevrələrə ödənişlər də edir. Humanitar yardım adı altında bir teatr tamaşası nümayiş etdirir. Amma bilməlidirlər ki, Azərbaycan suveren bir ölkədir, torpaqlarından necə istifadə edəcəyinə özü qərar verir. Əgər Azərbaycan torpaqlarından humanitar yardım keçəcəksə, bu, Ağdam yolu vasitəsilə Xankəndiyə çatdırılacaq. Belə bir təklif irəli sürən Azərbaycana qarşı kampaniya aparmaq sadəcə olaraq Azərbaycanın imicinə zərər vurmaq niyyətindən xəbər verir".
Diplomat onu da vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası ermənistanyönümlü qərar qəbul etməməklə öz imicini qorudu:

"Erməni diasporunun alətinə çevrilmədi və bölgədəki vəziyyəti daha da gərginləşdirmədi. Yalanlarının üstü açılan erməni diasporu isə biabır oldu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə yazılırdı ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Amma nə oldu? 30 il bu qərarlar tətbiq edilmədi. Nəticədə onları 2020-ci ildə Prezident İlham Əliyev həyata keçirdi və 44 günlük Vətən müharibəsi ilə ədaləti bərqərar etdi".

Keçmiş səfir bildirib ki, 30 il ərzində səssiz qalan Qərb ölkələri indi qarayaxma kampaniyalarına dəstək durur:
"Əvvəldə də qeyd etdiyim kimi, onlar nəzərə almalıdırlar ki, Ermənistanın Azərbaycana qarşı kampaniyasını dəstəkləməyə davam etsələr, bu, ən birinci Ermənistanın ziyanına olar. Çünki mövcud gərginlikdən ən çox onlar zərər görür, erməni gənclər ölkəni tərk edirlər. Azərbaycan isə torpaqlarını işğaldan azad edib, günü-gündən inkişaf edir. Azərbaycan Türkiyə ilə birlikdə regional gücə çevrilir. Qardaş ölkə bu gün 2000-ci ildəki ordudan dəfələrlə güclü bir orduya sahibdir. Bunları nəzərə almaq lazımdır", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0