CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ mesajları ilə bağlı rəsmi açıqlama

© AFP 2024 / RUSLAN PRYANIKOVСейсмограф
Сейсмограф - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
BAKI, 16 avqust — Sputnik. "Telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur".
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Xatırladaq ki, Azərbaycanda ən son avqustun 4-də yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.
Xəbər lenti
0