DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Rusiya ilə viza rejimini ləğv edə bilər - səfir

© AFP 2024 / ATTA KENAREteheran
teheran - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Avqustun 1-dən Rusiya Federasiyasında giriş sənədinin alınması üçün sadələşdirilmiş prosedura başlanılıb.
BAKI, 16 avqust — Sputnik. İran Rusiya vətəndaşları üçün vizaları ləğv etməyə hazırdır. Sadəcə, məsul məmurlardan müvafiq qərarlar gözləmək lazımdır. Bu barədə "İzvestiya"ya İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.
"Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran İslam Respublikası bu addıma - dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz rəsmilərimizdən müvafiq qərarlar gözləyirik", - deyə Cəlali bildirib.
Qeyd edək ki, bundan əvvəl İran səfiri avqustun 1-dən Rusiya Federasiyası ilə İran arasında turist qrupları üçün vizasız səfərlərə start verildiyini bildirmişdi.
Bundan əlavə, avqustun 1-dən Rusiya Federasiyasında giriş sənədinin alınması üçün sadələşdirilmiş prosedura başlanılıb.
Xəbər lenti
0