https://sputnik.az/20230816/gomrukde-rusvet-almaqda-teqsirlendirilen-vezifeli-sexsler-hebs-edilib-457753337.html
Gömrükdə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib
Gömrükdə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib
Sputnik Azərbaycan
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək. 16.08.2023, Sputnik Azərbaycan
2023-08-16T19:10+0400
2023-08-16T19:10+0400
2023-08-16T19:10+0400
rüşvət
cəmiyyət
korrupsiyaya qarşı mübarizə
baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi
gömrük komitəsi
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_0:140:2001:1265_1920x0_80_0_0_3dec29a555dbdd1fc710400d0f0b38d8.jpg
BAKI, 16 avqust — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb. Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və "ƏR TRANSPORT" MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_62:0:1937:1406_1920x0_80_0_0_3ee162ddfe509675dbc4ee230dca4e20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüşvət, korrupsiyaya qarşı mübarizə, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi, gömrük komitəsi, dövlət gömrük komitəsi
rüşvət, korrupsiyaya qarşı mübarizə, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi, gömrük komitəsi, dövlət gömrük komitəsi
Gömrükdə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
BAKI, 16 avqust — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.
Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və "ƏR TRANSPORT" MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.