Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu yol Qarabağ ermənilərinin reinteqrasiyasının başlanğıc nöqtəsi olsun - Hikmət Hacıyev

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев  - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Sovet zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, ən səmərəli yol kimi istifadə olunub
BAKI, 16 avqust — Sputnik. Azərbaycan öz tərəfindən yollar qurduğu halda onlar yollara maneələr qoymağa davam edirlər. Bu gün bizim burada durduğumuz yer Bərdədən Xankəndinə gedəcək yolun üzərində idi. Burada bir yol yox idi, yolu da məhv eləmişdilər.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
H. Hacıyev deyib ki, sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, ən səmərəli yol kimi istifadə olunub:
"Çünki bu, nəqliyyat xərclərini də çox aşağı salacaq yoldur, Qarabağ erməniləri üçün nə lazım olacaqsa, bu yolla çox rahat çatdırmaq mümkündür. Eyni zamanda onlar da bu yoldan istifadə edərək öz məhsullarını Azərbaycan bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Lakin onlar bu yoldan istifadə etmək əvəzinə yoldan maneələr yaratmaqla məşğuldurlar. Bunu siyasi təbliğat məqsədi üçün istifadə edirlər. Azərbaycanın təklifi odur ki, bu yol Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə reinteqrasiyasının başlanğıc nöqtəsi olsun. Təəssüf ki, onlar bundan imtina edirlər. Gördüyünüz kimi, buradan dəmir yolları da keçir. Bunların hamısı əslində onların həyatını asanlaşdırmaq, bu məsələnin siyasi yolla həll edilməsi və daha yaxşı iqtisadi və sosial imkanlar yaratmaq üçündür. Təəssüf ki, onlar yolun digər başında maneələr qoyublar ki, istifadə edilməsin".(APA)
Xəbər lenti
0