https://sputnik.az/20230816/azerbaycanda-dermanlarin-qiymeti-son-bir-ilde-178-faiz-bahalasib---stehsalda-artim-var-457742092.html
Azərbaycanda dərmanların qiyməti son bir ildə 17,8 faiz bahalaşıb - İstehsalda artım var
Azərbaycanda dərmanların qiyməti son bir ildə 17,8 faiz bahalaşıb - İstehsalda artım var
Sputnik Azərbaycan
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyon 711,4 min manat dəyərində dərman istehsal edilib. 16.08.2023, Sputnik Azərbaycan
2023-08-16T13:39+0400
2023-08-16T13:39+0400
2023-08-16T13:39+0400
dərman
səhiyyə
bahalaşma
istehsal
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441306196_0:87:1200:762_1920x0_80_0_0_f578e73b12e6afed868f5aba8fe5cb49.jpg
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda dərman istehsalı artıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyon 711,4 min manat dəyərində dərman istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. 01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 247,9 min manat təşkil edib. Qeyd edək ki, rəsmi statistikaya görə, son bir ildə Azərbaycanda dərmanların qiyməti 17,8 faiz bahalaşıb. Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib. Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441306196_35:0:1166:848_1920x0_80_0_0_ebb22827c0f021f87984ee06ff2a7340.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman, bahalaşma, istehsal
dərman, bahalaşma, istehsal
Azərbaycanda dərmanların qiyməti son bir ildə 17,8 faiz bahalaşıb - İstehsalda artım var
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyon 711,4 min manat dəyərində dərman istehsal edilib.
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda dərman istehsalı artıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyon 711,4 min manat dəyərində dərman istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 247,9 min manat təşkil edib.
Qeyd edək ki, rəsmi statistikaya görə, son bir ildə Azərbaycanda dərmanların qiyməti 17,8 faiz bahalaşıb.
Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib.
Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.