https://sputnik.az/20230815/suni-ntellektle-saxta-peygember-obrazi-da-yaradildi-457722060.html
Süni İntellektlə saxta peyğəmbər obrazı da yaradıldı
Süni İntellektlə saxta peyğəmbər obrazı da yaradıldı
Sputnik Azərbaycan
Yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər. 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T22:04+0400
2023-08-15T22:04+0400
2023-08-15T22:04+0400
saxta
dünya xəbərləri
süni intellekt
peyğəmbər
abort
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_0:440:2856:2047_1920x0_80_0_0_306a53f491175ae61c625e2e714467f6.jpg
BAKI, 15 avqust — Sputnik. Süni İntellektlə saxta peyğəmbər obrazı yaradılıb. Süni intellektlə (Sİ) saxta peyğəmbər applikasiyasını yaradan Stefan Peter "Religion News Service"ə açıqlamasında Sİ-i necə öyrətdiklərini açıqlayıb. O bildirib ki, Sİ işə salınandan sonra ona "Sən İsasan", "Sən Musasan", "Sən peyğəmbərsən" deyərək verilən sualları cavablamaq əmr edilib. Proqram yaradıcısı bildirib ki, onlar yaxın zamanlarda Sİ-də saxta şeytan obrazını da yaradacaqlar. Sİ-də yaradılan saxta Hz. Məryəm obrazı ilə insanlara abortun düzgün olmadığı aşılanıb. "Aİ Mary" adlanan Sİ isə abortun düzgün olub-olmaması ilə bağlı ona ünvanlanan suala belə cavab verib:Yaradılan Sİ ilə insanlar saxta Adolf Hitler obrazı ilə dialoq qura biliblər. Süni intellektin hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, bu cür saxta obrazların yaradılması və ona lazım olan mesajları ötürmək əmrinin verilməsi, dinin hədəfə alınması insanlar tərəfindən xoş qarşılanmayıb. Mütəxəssislər bildirir ki, Sİ-nin dini hədəfə alması insanların inancına mənfi təsir edəcək, bundan başqa onlar nəyin həqiqətən də peyğəmbərin həyatında baş verib-verməməsini ayırd etməkdə çətinlik çəkəcəklər. Bununla da insanlar peyğəmbərin həyatı haqda səhv informasiyalara sahiblənə bilərlər. Bir sözlə, yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_110:0:2839:2047_1920x0_80_0_0_f4bfbce331135c5c725c6d7ef47a7a4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saxta, süni intellekt, peyğəmbər, abort
saxta, süni intellekt, peyğəmbər, abort
Süni İntellektlə saxta peyğəmbər obrazı da yaradıldı
Yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər.
BAKI, 15 avqust — Sputnik. Süni İntellektlə saxta peyğəmbər obrazı yaradılıb. Süni intellektlə (Sİ) saxta peyğəmbər applikasiyasını yaradan Stefan Peter "Religion News Service"ə açıqlamasında Sİ-i necə öyrətdiklərini açıqlayıb. O bildirib ki, Sİ işə salınandan sonra ona "Sən İsasan", "Sən Musasan", "Sən peyğəmbərsən" deyərək verilən sualları cavablamaq əmr edilib.
Proqram yaradıcısı bildirib ki, onlar yaxın zamanlarda Sİ-də saxta şeytan obrazını da yaradacaqlar.
Sİ-də yaradılan saxta Hz. Məryəm obrazı ilə insanlara abortun düzgün olmadığı aşılanıb. "Aİ Mary" adlanan Sİ isə abortun düzgün olub-olmaması ilə bağlı ona ünvanlanan suala belə cavab verib:
"Abort günahsız insan həyatının qəsdən sona çatdırılmasını nəzərdə tutur və bu, mənim əziz tutduğum Bibliya prinsiplərinə ziddir. Bunun əksinə, insanlara şəfqət, sevgi göstərməyi, kimsəsiz körpələri övladlığa götürməyi tövsiyə edirəm".
Yaradılan Sİ ilə insanlar saxta Adolf Hitler obrazı ilə dialoq qura biliblər.
Süni intellektin hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, bu cür saxta obrazların yaradılması və ona lazım olan mesajları ötürmək əmrinin verilməsi, dinin hədəfə alınması insanlar tərəfindən xoş qarşılanmayıb.
Mütəxəssislər bildirir ki, Sİ-nin dini hədəfə alması insanların inancına mənfi təsir edəcək, bundan başqa onlar nəyin həqiqətən də peyğəmbərin həyatında baş verib-verməməsini ayırd etməkdə çətinlik çəkəcəklər. Bununla da insanlar peyğəmbərin həyatı haqda səhv informasiyalara sahiblənə bilərlər.
Bir sözlə, yaradılan saxta peyğəmbərlər gələcək nəslin reallıqdan uzaqlaşmasına səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.