https://sputnik.az/20230815/sen-faydasizsan-amerikalilar-baydenin-hereketlerinden-qezeblenibler-457685668.html
"Sən faydasızsan": Amerikalılar Baydenin hərəkətlərindən qəzəbləniblər
"Sən faydasızsan": Amerikalılar Baydenin hərəkətlərindən qəzəbləniblər
Sputnik Azərbaycan
"The Daily Mail"in oxucuları Havay adalarında baş veriən yanğınlar zamanı Baydenin istirahətini tənqid ediblər. 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T08:02+0400
2023-08-15T08:02+0400
2023-08-15T08:02+0400
abş prezidenti cozef bayden
dünya xəbərləri
amerikalı
istifadəçi
co bayden
cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456382991_0:161:3071:1888_1920x0_80_0_0_67a966a0853b9e180781a8078886ee49.jpg
BAKI, 15 avqust — Sputnik. ABŞ-ın "The Daily Mail" qəzetinin oxucuları Havay adalarındakı dağıdıcı yanğınlar fonunda Delaver ştatında laqeyid şəkildə velosiped sürən Prezident Co Baydenin istirahətindən qəzəbləniblər. Eyni zamanda jurnalistlər ondan zərər çəkmiş ştata səfərinin olub-olmadığını soruşanda, o, velosipedin pedallarını fırladaraq rəsmi olaraq "biz bu məsələni araşdırırıq" cavabını verib və hətta dayanmayıb belə. "Uzaq dur. Sən faydasızsan", - deyə "zmjunkie" ləqəbli oxucularından biri yazıb. Baydenin son üç ildə çox tez-tez məzuniyyətdə olmasını insanlar dövlət başçısı üçün qəbuledilməz olduğunu da qəzəbli şəkildə ifadə ediblər. "John1017" adlı istifadəçi Co Baydenin xoşbəxtliklə gəzərkən həmvətənlərinin Havayda hər şeylərini itirdiklərini yazıb. Eyni zamanda şərhçi qeyd edib ki, bu cür dəhşətli hadisələr fonunda prezident oraya getməyin lazım olub olmadığını hələ düşünür. İstifadəçilərdən biri onu "gülümsəyən təlxək" adlandırıb, həmçinin onun hakimiyyəti illərində ABŞ-a səkkiz milyona yaxın qeyri-qanuni mühacirin gəldiyini və daha bir neçə milyonun isə artıq yolda olduğunu da qeyd edib. Bu vəziyyətdə hətta demokratlar da öz şəhərlərini müdafiə etməyə başlayıblar, Co Bayden isə "milli utanc" kimi görünür. Xatırladaq ki, bu yaxınlarda Havay adalarında baş verən yanğınların ümumi zərəri 5,5 milyard dollar həcmində qiymətləndirilir. Yanğın 210 tikilini məhv edib, onların əksəriyyəti yaşayış binaları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456382991_170:0:2901:2048_1920x0_80_0_0_cb9b29d0a02929a86bc65a0fcae8c585.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş prezidenti cozef bayden, amerikalı, istifadəçi, co bayden, cozef bayden
abş prezidenti cozef bayden, amerikalı, istifadəçi, co bayden, cozef bayden
"Sən faydasızsan": Amerikalılar Baydenin hərəkətlərindən qəzəbləniblər
"The Daily Mail"in oxucuları Havay adalarında baş veriən yanğınlar zamanı Baydenin istirahətini tənqid ediblər.
BAKI, 15 avqust — Sputnik. ABŞ-ın "The Daily Mail" qəzetinin oxucuları Havay adalarındakı dağıdıcı yanğınlar fonunda Delaver ştatında laqeyid şəkildə velosiped sürən Prezident Co Baydenin istirahətindən qəzəbləniblər. Eyni zamanda jurnalistlər ondan zərər çəkmiş ştata səfərinin olub-olmadığını soruşanda, o, velosipedin pedallarını fırladaraq rəsmi olaraq "biz bu məsələni araşdırırıq" cavabını verib və hətta dayanmayıb belə.
"Uzaq dur. Sən faydasızsan", - deyə "zmjunkie" ləqəbli oxucularından biri yazıb.
Baydenin son üç ildə çox tez-tez məzuniyyətdə olmasını insanlar dövlət başçısı üçün qəbuledilməz olduğunu da qəzəbli şəkildə ifadə ediblər.
"John1017" adlı istifadəçi Co Baydenin xoşbəxtliklə gəzərkən həmvətənlərinin Havayda hər şeylərini itirdiklərini yazıb. Eyni zamanda şərhçi qeyd edib ki, bu cür dəhşətli hadisələr fonunda prezident oraya getməyin lazım olub olmadığını hələ düşünür.
İstifadəçilərdən biri onu "gülümsəyən təlxək" adlandırıb, həmçinin onun hakimiyyəti illərində ABŞ-a səkkiz milyona yaxın qeyri-qanuni mühacirin gəldiyini və daha bir neçə milyonun isə artıq yolda olduğunu da qeyd edib. Bu vəziyyətdə hətta demokratlar da öz şəhərlərini müdafiə etməyə başlayıblar, Co Bayden isə "milli utanc" kimi görünür.
Xatırladaq ki, bu yaxınlarda Havay adalarında baş verən yanğınların ümumi zərəri 5,5 milyard dollar həcmində qiymətləndirilir. Yanğın 210 tikilini məhv edib, onların əksəriyyəti yaşayış binaları olub.