https://sputnik.az/20230815/randan-azerbaycana-narkotik-kecirilmesinin-qarsisi-alinib-457712484.html
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Sputnik Azərbaycan
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində iki nəfər saxlanılıb. 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T16:28+0400
2023-08-15T16:28+0400
2023-08-15T16:28+0400
narkotik
cəmiyyət
iran
azərbaycan
dəniz
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455196020_0:0:1280:721_1920x0_80_0_0_b74e19958095163f3ebed40ef92d2a94.jpg
BAKI, 15 avqust — Sputnik. Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyev Eduard Rəhman oğlu və Masallı rayonunun Qodman kənd sakini, 1992-ci il təvəllüdlü Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455196020_167:0:1131:723_1920x0_80_0_0_7abc9bf5329d2f0a09bdfaf4cc24ac42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, iran, azərbaycan, dəniz
narkotik, iran, azərbaycan, dəniz
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində iki nəfər saxlanılıb.
BAKI, 15 avqust — Sputnik. Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyev Eduard Rəhman oğlu və Masallı rayonunun Qodman kənd sakini, 1992-ci il təvəllüdlü Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.