https://sputnik.az/20230815/priusu-polislerin-uzerine-suren-sexse-bu-maddelerle-ittiham-verilib-457711072.html
"Prius"u polislərin üzərinə sürən şəxsə bu maddələrlə ittiham verilib
"Prius"u polislərin üzərinə sürən şəxsə bu maddələrlə ittiham verilib
Sputnik Azərbaycan
R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T23:38+0400
2023-08-15T23:38+0400
2023-08-15T23:38+0400
məhkəmə
cəmiyyət
prius
sürücü
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843448_0:162:3073:1890_1920x0_80_0_0_f405e019cb8645020078c986e6fc845f.jpg
BAKI, 15 avqust — Sputnik. Bu ilin aprelində Nəsimi rayonunda "Prius" markalı avtomobili polislərin üzərinə sürən 36 yaşlı Rauf Qurbanovun məhkəməsi başlayır. Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Qurbanov idarə etdiyi "Toyota" markalı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843448_110:0:2841:2048_1920x0_80_0_0_73e565ece9724d32b615f5a9263d3c8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, prius, sürücü
"Prius"u polislərin üzərinə sürən şəxsə bu maddələrlə ittiham verilib
R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 15 avqust — Sputnik. Bu ilin aprelində Nəsimi rayonunda "Prius" markalı avtomobili polislərin üzərinə sürən 36 yaşlı Rauf Qurbanovun məhkəməsi başlayır.
Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qurbanov idarə etdiyi "Toyota" markalı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.