SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Marukyan sülh danışıqlarının növbəti raundunun baş tutacağı vaxtı açıqladı

© Photo : MFA AzerbaijanAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, arxiv
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, arxiv - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi üzrə sonuncu görüş iyulun 25-də Moskvada baş tutub.
BAKI, 15 avqust — Sputnik. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundu sentyabrda planlaşdırılır. Bunu Ermənistanın İctimai Televiziyasının efirində xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan deyib.
Səfir danışıqların yerini açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi üzrə sonuncu görüş iyulun 25-də Moskvada baş tutub. Bundan əvvəl iyunun sonunda XİN rəhbərləri ABŞ-da görüşüblər.
Azərbaycan və Ermənistan liderləri səviyyəsində sonuncu görüş iyulun 15-də Brüsseldə baş tutub.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək. Daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat vermişdi ki, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0