Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi attaşelər erməni hərbiçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb - MN

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlar diqqətə çatdırılıb.
BAKI, 15 avqust - Sputnik. Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib.
O da bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycan Respublikasına reinteqrasiyasını daha da sürətləndirəcək.
Həmçinin Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması faktları tərəfimizdən qeydə alınıb.

"Bu kimi təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə çatdırılıb. Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin bu kimi fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb", - deyə məlumatda qeyd olunur.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənistan sərhəddə silahlı təxribatlardan əl çəkmir
Xəbər lenti
0