Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Hayqır, mənim kədərli nəğməm" - Viktor Tsoysuz 33 il...

Abunə olmaq
1990-cı il avqustun 15-də "Kino" qrupunun lideri vəfat edib. Musiqiçinin həyatı qəfildən sona çatıb - o, Latviya paytaxtından bir neçə kilometr məsafədə avtomobil qəzasında həyatını itirib.
Otuz üç il əvvəl əfsanəvi rok musiqiçisi, "Kino" qrupunun lideri Viktor Tsoy həlak olub.
Onun son konserti 1990-cı il iyunun 24-də Lujniki Mərkəzi Stadionunun Böyük İdman Arenasında (Moskva) baş tutub. Avqustun 15-də isə Viktor Tsoy vəfat edib. Musiqiçinin həyatı qəfildən sona çatıb - o, Latviyanın paytaxtından bir neçə kilometr məsafədə avtomobil qəzasında həlak olub.
Tsoy Baltikyanı ölkələrdə istirahət etdikdən sonra idarə etdiyi "Moskviç" markalı avtomobili ilə evə qayıdarkən Riqa yaxınlığında qəzaya uğrayıb. Onun avtomobili "İkarus" avtobusuna çırpılıb, "Kino" qrupunun lideri hadisə yerində vəfat edib.
Müayinə zamanı məlum olub ki, Tsoy yorğunluqdan sükan arxasında yuxuya gedib. Ancaq bu versiya hələ də bir çox mübahisələrə səbəb olur. Müğənninin pərəstişkarları kumirlərinin ölümünə inana bilməyiblər və ölkə bu faciəni öyrəndikdən sonra əsl şok yaşayıb.
"Kino" qrupunun lideri 1990-cı il avqustun 19-da Sankt-Peterburqdakı Boqoslovskoye məzarlığında dəfn edilib. Müğənnini son mənzilə on minlərlə pərəstişkarı yola salıblar.
O vaxtdan bəri Viktorun xatirəsinə sərgilər həsr olunur, onun iştirakı ilə filmlər nümayiş etdirilir və mahnıları yorulmadan səsləndirilir. Bakıda da Tsoyu xatırlayır və sevirlər, onun xatirəsinə dəfələrlə konsertlər təşkil edilib. Konsertlərdən sonuncusu ötən ilin iyununda əfsanəvi musiqiçinin 60 illik yubileyi şərəfinə həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0