https://sputnik.az/20230815/cin-xalq-banki-kredit-faizlerini-asagi-saldi-neft-bahalasdi-457710200.html
Çin Xalq Bankı kredit faizlərini aşağı saldı, neft bahalaşdı
Çin Xalq Bankı kredit faizlərini aşağı saldı, neft bahalaşdı
Sputnik Azərbaycan
Dünən Çində iqtisadi inkişafın zəifləməsi, dolların güclənməsi fonunda neft ucuzlaşdıqdan sonra bu gün qiymətlər nisbətən bahalaşıb. 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T11:50+0400
2023-08-15T11:50+0400
2023-08-15T11:50+0400
neft-qaz
neft
qiymət
çin
dollar
https://cdnn1.img.sputnik.az/img/42304/52/423045273_0:0:3072:1728_1920x0_80_0_0_b11a67ccd831856dc4f35ddf3af3c7a7.jpg
BAKI, 15 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətlərində cüzi dəyişiklik müşahidə edilir. Dünən Çində iqtisadi inkişafın zəifləməsi, dolların güclənməsi fonunda neft ucuzlaşdıqdan sonra bu gün qiymətlər nisbətən bahalaşıb. Neftin nisbətən bahalaşmasının səbəbi Çinin iqtisadiyyatı dəstəkləmək üçün kredit faizlərini aşağı salmasıdır. Çin gözlənilmədən üç ayda ikinci dəfə faizləri aşağı salıb. Çin Xalq Bankı bəzi maliyyə qurumları üçün bir illik orta müddətli kredit faizlərini 2,5%-ə endirdikdən sonra qiymətlər yüksəlib. "Brent" markalı neft 32 sent və ya 0,4% artaraq 86,53 dollara satılıb. ABŞ-ın Qərbi Texas nefti 26 sent və ya 0,3% bahalaşaraq 82,77 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,59% azalaraq 90,86 dollara bərabər olub. Analitiklərin fikrincə, Çinin ləng iqtisadi bərpası və güclü ABŞ dolları qiymətləri aşağı sala biləcək, lakin OPEC hasilatı azaltmaq və bazarları sabitləşdirmək üçün əlindən gələni edəcək. Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42304/52/423045273_229:0:2960:2048_1920x0_80_0_0_480c8a6865f7543d67fc9c4fca1ea895.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, çin, dollar
neft, qiymət, çin, dollar
Çin Xalq Bankı kredit faizlərini aşağı saldı, neft bahalaşdı
Dünən Çində iqtisadi inkişafın zəifləməsi, dolların güclənməsi fonunda neft ucuzlaşdıqdan sonra bu gün qiymətlər nisbətən bahalaşıb.
BAKI, 15 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətlərində cüzi dəyişiklik müşahidə edilir. Dünən Çində iqtisadi inkişafın zəifləməsi, dolların güclənməsi fonunda neft ucuzlaşdıqdan sonra bu gün qiymətlər nisbətən bahalaşıb.
Neftin nisbətən bahalaşmasının səbəbi Çinin iqtisadiyyatı dəstəkləmək üçün kredit faizlərini aşağı salmasıdır. Çin gözlənilmədən üç ayda ikinci dəfə faizləri aşağı salıb. Çin Xalq Bankı bəzi maliyyə qurumları üçün bir illik orta müddətli kredit faizlərini 2,5%-ə endirdikdən sonra qiymətlər yüksəlib.
"Brent" markalı neft 32 sent və ya 0,4% artaraq 86,53 dollara satılıb. ABŞ-ın Qərbi Texas nefti 26 sent və ya 0,3% bahalaşaraq 82,77 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,59% azalaraq 90,86 dollara bərabər olub.
Analitiklərin fikrincə, Çinin ləng iqtisadi bərpası və güclü ABŞ dolları qiymətləri aşağı sala biləcək, lakin OPEC hasilatı azaltmaq və bazarları sabitləşdirmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.