Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında ət və süd istehsalı artıb - CƏDVƏL

Abunə olmaq
Cari ildə ən çox ət və süd istehsalı Ağdam rayonunda qeydə alınıb. Belə ki, bu ilin birinci yarısında Ağdamda 2 min 549 ton ət, 22 min 458 ton isə süd istehsal olunub.
BAKI, 15 avqust — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında bu il ət və süd istehsalı artıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın işğaldan azad edilmiş rayonlarında diri çəkidə 9 min 697 ton ət, 72 min 91 ton süd istehsal olunub.
Bu ilin 6 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə azad edilmiş rayonlarda ət istehsalı 6%, süd istehsalı isə 5,2% artıb.
Ən çox ət və süd istehsalı Ağdam rayonunda qeydə alınıb. Belə ki, bu ilin 6 ayında Ağdam rayonunda 2 min 549 ton ət, 22 min 458 ton isə süd istehsal olunub.
Ət istehsalında ikinci yerdə Kəlbəcər, üçüncü yerdə Füzuli rayonu gəlir. Süd istehsalında isə ikinci yeri Füzuli rayonu, üçüncü yeri Kəlbəcər rayonu tutur.
Qeyd edək ki, ümumiyyətlə, cari ilin 6 ayında Qarabağ iqtisadi rayonunda (Ağcabədi, Bərdə və digər rayonlar) 24 min 378 ton ət, 175 min 699 ton süd istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,7% və 7,2% çoxdur.
Bu ilin 6 ayında Şərqi Zəngəzur iqtisadi rayonunda (Cəbrayıl, Kəlbəcər və digər rayonlar) isə 4 min 639 ton ət, 30 min 895 ton süd istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9% və 9,4% çox deməkdir.
Xəbər lenti
0