SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsini pisləyib

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Qurum rəsmisi bildirib ki, öz ərazisində separatçılıqla mübarizə aparan ölkənin digər dövlətlərdə separatçılığı dəstəkləməsini görmək qəribədir.
BAKI, 15 avqust - Sputnik. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" hesabında bildirib.

"Öz ərazisində separatçılıqla mübarizə aparan ölkənin digər dövlətlərdə separatçılığı dəstəkləməsini görmək qəribədir. Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi dəstəkləməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik", - deyə qurum rəsmisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.
Xəbər lenti
0