https://sputnik.az/20230814/yuz-min-manatliq-menimsemede-teqsirlendirilen-falcinin-mehkemesi-baslayib-457680776.html
Yüz min manatlıq mənimsəmədə təqsirləndirilən "falçı"nın məhkəməsi başlayıb
Yüz min manatlıq mənimsəmədə təqsirləndirilən "falçı"nın məhkəməsi başlayıb
Sputnik Azərbaycan
BAKI, 14 avqust — Sputnik. Falçılıq edərək 50 000 ABŞ dolları və 15 000 manat pulun ələ keçirilməsində təqsirləndirilən Günəş Qasımovanın məhkəməsi başlayıb. 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T14:05+0400
2023-08-14T14:05+0400
2023-08-14T14:12+0400
falçı
cəmiyyət
məhkəmə
dələduzluq
https://cdnn1.img.sputnik.az/img/42214/69/422146918_0:160:3073:1888_1920x0_80_0_0_99e48dddff3f3aaa56890a68c1a8b49d.jpg
BAKI, 14 avqust — Sputnik. Falçılıq edərək 50 000 ABŞ dolları və 15 000 manat pulun ələ keçirilməsində təqsirləndirilən Günəş Qasımovanın məhkəməsi başlayıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə hazırlıq iclası keçirilib. İş üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili G. Qasımovanın ev dustaqlığına buraxılması barədə vəsatətlə çıxış edib. Vəsatət təmin edilməyib. Məhkəmə baxış iclası avqustun 28-nə təyin edilib. Qeyd edək ki, bu il martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib. DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı G. Qasımova cinayət əməlini etiraf edib. Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öncəgörən olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/69/422146918_170:0:2901:2048_1920x0_80_0_0_eab672f540fb2a2c67f7395c02097adc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
falçı, məhkəmə, dələduzluq
falçı, məhkəmə, dələduzluq
BAKI, 14 avqust — Sputnik. Falçılıq edərək 50 000 ABŞ dolları və 15 000 manat pulun ələ keçirilməsində təqsirləndirilən Günəş Qasımovanın məhkəməsi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
İş üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili G. Qasımovanın ev dustaqlığına buraxılması barədə vəsatətlə çıxış edib. Vəsatət təmin edilməyib.
Məhkəmə baxış iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, bu il martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.
DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı G. Qasımova cinayət əməlini etiraf edib.
Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öncəgörən olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.