https://sputnik.az/20230814/senet-adami-puxtelesmek-ucun-xarice-getmelidirmi---mutexessisler-moskvani-meslehet-gorur-457652231.html
Sənət adamı püxtələşmək üçün xaricə getməlidirmi? - Mütəxəssislər Moskvanı məsləhət görür
Sənət adamı püxtələşmək üçün xaricə getməlidirmi? - Mütəxəssislər Moskvanı məsləhət görür
Sputnik Azərbaycan
Sənətkarlar düşünür ki, Mədəniyyət nazirliyi tələbələri dünyanın ən tanınmış kino məktəbi olan Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna təhsil almağa... 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T09:19+0400
2023-08-14T09:19+0400
2023-08-14T09:19+0400
moskva
mədəniyyət
kino
institut
kinematoqraf
azərbaycan
rejissor
rasim balayev
https://cdnn1.img.sputnik.az/img/40898/13/408981363_0:0:2049:1153_1920x0_80_0_0_ad6f4d3200e6a078bfb72ef4a06189f7.jpg
BAKI, 14 avqust — Sputnik. Xalq artisti Rasim Balayev bu yaxınlarda Sputnik Azərbaycan-a verdiyi müsahibəsində Mədəniyyət Nazirliyinə kino sahəsində yaxşı kadrların yetişməsi üçün tələbələri Moskvaya - Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) göndərilməsini təklif etdiyini bildirib. Xalq artisti əlavə edib ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kino ixtisası tədris olunsa da, keçilən dərsin keyfiyyəti qənaətbəxş deyil. Həmin universitetin tələbə yetişdirməsi üçün lazımi bazası yoxdur. Rasim Balayev nə dərəcədə haqlıdır? Doğrudanmı, kino sahəsində mütəxəssislərin yetişməsi üçün tələbələrin Moskvaya göndərilməsi vacibdir? Azərbaycanın tanınmış kino xadimləri Sputnik Azərbaycan-a verdikləri açıqlamada Rasim Balayevin bu təklifini müsbət qarşılayıblar. Əməkdar incəsənət xadimi, təsvir rejissoru Amin Novruzov Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb. Altmışdan artıq filmin müəllifi olan Novruzov uzun illərdir ADMİU-da "Kinooperator sənəti" ixtisası üzrə dərs deyib.Hazırda təqaüddə olan sənətkar bildirir ki, ÜDKİ-də öyrəndiklərini Azərbaycanda tətbiq edib. Eyni zamanda, tələbələrinə də öyrədib:Kinoşünas Aydın Kazımzadə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirib. Aydın Kazımzadə də Rasim Balayevin fikri ilə razılaşdığını qeyd edib:ÜDKİ-də olan texniki baza heç "Azərbaycanfilm" kinostudiyasında da yoxdur Rejissor Məzahir Həşimov Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Solovyovun tələbəsi olub. Rejissor Rasim Balayevin təklifini müsbət qiymətləndirib. Onun fikrincə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin gücü kadr yetişdirməyə çatmır. Onun sözlərinə görə, kino daxili mətbəx üçün deyil. Kino bəşəriyyətin ən incə sətənətidir. Kinematoqrafçı, rejissor olmaq üçün tələbə ölkə hüdudlarından kənara çıxmalıdır:Qeyd edək ki, 2021-ci ilin may ayında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rektoru Vladimir Malışevlə görüşmüşdü. R.Həsənov ÜDKİ-nin növbəti Beynəlxalq Yay Kino Məktəbinin Bakıda keçirilməsi ilə bağlı təkliflə çıxış edərək, Rusiya ilə Azərbaycan arasında kino təhsili sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdı. Lakin, iki il keçməsinə baxmayaraq Yay Kino Məktəbinin Bakıda keçirilməsi hələ ki, baş tutmayıb. Məlumat üçün bildirək ki, ÜDKİ Azərbaycan kinosunun inkişafında mühüm rol oynayıb. Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Eldar Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Əjdər İbrahimov kimi rejissorlar, Əlisəttar Atakişiyev, Arif Nərimanbəyov, Xan Babayev, Teyyub Axundov, Amin Novruzov, Rafiq Quliyev kimi onlarla operatorlar sözügedən təhsil ocağını bitiriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40898/13/408981363_53:0:1876:1367_1920x0_80_0_0_546bcfd97c276a9f0f772d9a8d835359.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, kino, institut, kinematoqraf, azərbaycan, rejissor, rasim balayev
moskva, kino, institut, kinematoqraf, azərbaycan, rejissor, rasim balayev
Sənət adamı püxtələşmək üçün xaricə getməlidirmi? - Mütəxəssislər Moskvanı məsləhət görür
Sənətkarlar düşünür ki, Mədəniyyət nazirliyi tələbələri dünyanın ən tanınmış kino məktəbi olan Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna təhsil almağa göndərsə, yaxşı olar. Onların fikrincə, milli kinomuzun inkişafında Rusiya kinematoqrafçılarının böyük rolu var.
BAKI, 14 avqust — Sputnik. Xalq artisti Rasim Balayev bu yaxınlarda Sputnik Azərbaycan-a verdiyi müsahibəsində Mədəniyyət Nazirliyinə kino sahəsində yaxşı kadrların yetişməsi üçün tələbələri Moskvaya - Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) göndərilməsini təklif etdiyini bildirib. Xalq artisti əlavə edib ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kino ixtisası tədris olunsa da, keçilən dərsin keyfiyyəti qənaətbəxş deyil. Həmin universitetin tələbə yetişdirməsi üçün lazımi bazası yoxdur.
Rasim Balayev nə dərəcədə haqlıdır? Doğrudanmı, kino sahəsində mütəxəssislərin yetişməsi üçün tələbələrin Moskvaya göndərilməsi vacibdir? Azərbaycanın tanınmış kino xadimləri Sputnik Azərbaycan-a verdikləri açıqlamada Rasim Balayevin bu təklifini müsbət qarşılayıblar.
Əməkdar incəsənət xadimi, təsvir rejissoru Amin Novruzov Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb. Altmışdan artıq filmin müəllifi olan Novruzov uzun illərdir ADMİU-da "Kinooperator sənəti" ixtisası üzrə dərs deyib.
Hazırda təqaüddə olan sənətkar bildirir ki, ÜDKİ-də öyrəndiklərini Azərbaycanda tətbiq edib. Eyni zamanda, tələbələrinə də öyrədib:
"Azərbaycan kinosunun yaranmasında, inkişafında Rusiya kinematoqrafiyasının böyük rolu var. Mənim təhsil aldığım dövrlərdə orada xeyli azərbaycanlı ozuyurdu. Həmin operatorlar, həmin rejissorlar Azərbaycan kinosu inkişaf etdirdi. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim tələbələrə tövsiyyə edirdim ki, onlar Rusiyanın filmlərinə baxsınlar. Rasim Balayevlə razılaşıram. Yaxşı olar ki, hər il ora tələbələr getsin, təhsil alsınlar".
Kinoşünas Aydın Kazımzadə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirib. Aydın Kazımzadə də Rasim Balayevin fikri ilə razılaşdığını qeyd edib:
"Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu nəinki keçmiş SSRİ məkanında, həm də dünyada ən məşhur təhsil ocağıdır. Bundan başqa, heç kimə sirr deyil ki, Azərbaycan kinosunun yaranmasında, inkişafında Rusiya kinematoqrafçılarının böyük rolu olub. Ötən əsrin əvvəllərində Azərbaycanda filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək etmək məqsədilə Bakıya Vsevolod Pudovkin, Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov, Yevgeni Şneyder və başqa kinematoqrafçılar dəvət olunmuşdu. Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işini onlardan öyrənmişdi. Sonralar xeyli sayda operator və rejissorlar Moskvaya üz tutdular. Hansı ki, o insanlar kinomuzu yüksəltdilər. Milli kinomuz həmin məktəbin məzunları sayəsində çiçəkləndi. Mən uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslara dərs dedim. Mən soruşurdum ki, "Kim sevərək bu ixitası seçib?" Heç biri cavab vermirdi. Amma Ayaz Salayev orada sevərək təhsil alıb. Ona görə də bu sahəni dərindən bilir. Rasim Balayevlə mən də razıyam. Bizdə kino sahəsi üzrə təhsil yox səviyyəsindədir. Bu da özünü kinoda göstərir. Mən müasir filmlərimizə baxmıram. Çünki, onu çəkənlər naşıdır. Ona görə də yaxşı olar ki, Mədəniyyət nazirliyili hər il Moskvaya tələbə göndərsin ki, kinomuz dirçəlsin".
ÜDKİ-də olan texniki baza heç "Azərbaycanfilm" kinostudiyasında da yoxdur
Rejissor Məzahir Həşimov Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Solovyovun tələbəsi olub. Rejissor Rasim Balayevin təklifini müsbət qiymətləndirib. Onun fikrincə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin gücü kadr yetişdirməyə çatmır. Onun sözlərinə görə, kino daxili mətbəx üçün deyil. Kino bəşəriyyətin ən incə sətənətidir. Kinematoqrafçı, rejissor olmaq üçün tələbə ölkə hüdudlarından kənara çıxmalıdır:
"Dünyanı görməlisən, dünya ilə tanış olmalısan. O ki qaldı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müqayisəsinə, ÜDKİ-də olan texniki baza heç "Azərbaycanfilm" kinostudiyasında da yoxdur. Həm pavilyon, həm də texniki cəhətdən ÜDKİ daha üstündür. Mədəniyyət və İncəsənət Universitetinin texniki bazası olmadığından ya başqa bir yol fikirləşməlidir, ya da tələbələr universiteti bitirdikdən sonra xaricdə təhsil almalıdır. Düzdür, indi orada dərs deyən müəllimlər deyəcək ki, "nə ehtiyac var Moskvada tədrisə?" Amma mən Azərbaycan kinematoqrafçılar İttifaqında tələbələrə master-klass keçəndə anladım ki, bizim tələbələrimizin müasir kinodan, texnikadan, ssenarinin yazılma qaydasından bixəbərdirlər. Mən danışırdım, onlardan səs çıxmırdı. Hətta IV kurs tələbəsi belə, dünya kinosundan xəbərsizdir. Bu baxımdan mən Rasim müəllimin fikri ilə tam razıyam".
Qeyd edək ki, 2021-ci ilin may ayında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rektoru Vladimir Malışevlə görüşmüşdü.
R.Həsənov ÜDKİ-nin növbəti Beynəlxalq Yay Kino Məktəbinin Bakıda keçirilməsi ilə bağlı təkliflə çıxış edərək, Rusiya ilə Azərbaycan arasında kino təhsili sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdı. Lakin, iki il keçməsinə baxmayaraq Yay Kino Məktəbinin Bakıda keçirilməsi hələ ki, baş tutmayıb.
Məlumat üçün bildirək ki, ÜDKİ Azərbaycan kinosunun inkişafında mühüm rol oynayıb. Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Eldar Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Əjdər İbrahimov kimi rejissorlar, Əlisəttar Atakişiyev, Arif Nərimanbəyov, Xan Babayev, Teyyub Axundov, Amin Novruzov, Rafiq Quliyev kimi onlarla operatorlar sözügedən təhsil ocağını bitiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.