https://sputnik.az/20230814/ombudsman-ermenistanin-azerbaycana-qarsi-nifret-siyaseti-ile-bagli-cagiris-edib-457679730.html
Ombudsman Ermənistanın Azərbaycana qarşı nifrət siyasəti ilə bağlı çağırış edib
Ombudsman Ermənistanın Azərbaycana qarşı nifrət siyasəti ilə bağlı çağırış edib
Sputnik Azərbaycan
BAKI, 14 avqust — Sputnik. "Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı daha da kəskinləşən nifrət siyasətinə biganə qalmamalıdır". 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T13:30+0400
2023-08-14T13:30+0400
2023-08-14T13:30+0400
ermənistan
siyasət
ombudsman
ombudsman səbinə əliyeva
nifrət
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747696_0:0:3072:1728_1920x0_80_0_0_76368a2437d760edec3ec43d48c8a604.jpg
BAKI, 14 avqust — Sputnik. "Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı daha da kəskinləşən nifrət siyasətinə biganə qalmamalıdır". Bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, dözümsüzlük mühiti və nifrət nitqi insan hüquqlarının təmininə əsas təhdid kimi çıxış edən amillərdəndir. Hazırda sosial şəbəkələrdə davamlı olaraq azərbaycanlıları hədələyən, ölümlə təhdid edən açıqlamaların verilməsi, təhqiredici ifadələrdən geniş şəkildə istifadə edilməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı yaradılmış dözümsüz münasibətin nəticəsidir. Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı bu məqsədlə atılan addımlar nəinki səngimir, əksinə son zamanlar daha da kəskin şəkil almaqdadır. Bu günlərdə Ermənistanın yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edən əsassız təbliğatına dəstək verən bir sıra bəyanatların da iki ölkə arasında ədalətli sülhün təmininə deyil, qarşıdurmanın yenidən alovlanmasına xidmət etdiyini vurğulamaq istərdik. Bu baxımdan, bir daha bölgədə sülhün bərqərar olunmasının vacibliyini qeyd edir, Ermənistanın hakim dairələrini, nüfuzlu insan hüquqları təşkilatlarını və hüquq müdafiəçilərini beynəlxalq hüququn tələblərinə hörmət etməyə və ədalətli mövqe tutaraq nifrət siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırırıq. Bildirilib ki, Ermənistanın Azərbaycanofobiya siyasətinin nəticələrini özündə əks etdirən materiallar mütəmadi olaraq monitorinq edilərək beynəlxalq təşkilatların diqqətinə çatdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747696_341:0:3072:2048_1920x0_80_0_0_a55355e32929d7f46d23f8c4eeba6562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ombudsman, ombudsman səbinə əliyeva, nifrət
ermənistan, ombudsman, ombudsman səbinə əliyeva, nifrət
BAKI, 14 avqust — Sputnik. "Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı daha da kəskinləşən nifrət siyasətinə biganə qalmamalıdır".
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, dözümsüzlük mühiti və nifrət nitqi insan hüquqlarının təmininə əsas təhdid kimi çıxış edən amillərdəndir. Hazırda sosial şəbəkələrdə davamlı olaraq azərbaycanlıları hədələyən, ölümlə təhdid edən açıqlamaların verilməsi, təhqiredici ifadələrdən geniş şəkildə istifadə edilməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı yaradılmış dözümsüz münasibətin nəticəsidir.
Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı bu məqsədlə atılan addımlar nəinki səngimir, əksinə son zamanlar daha da kəskin şəkil almaqdadır. Bu günlərdə Ermənistanın yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edən əsassız təbliğatına dəstək verən bir sıra bəyanatların da iki ölkə arasında ədalətli sülhün təmininə deyil, qarşıdurmanın yenidən alovlanmasına xidmət etdiyini vurğulamaq istərdik.
Bu baxımdan, bir daha bölgədə sülhün bərqərar olunmasının vacibliyini qeyd edir, Ermənistanın hakim dairələrini, nüfuzlu insan hüquqları təşkilatlarını və hüquq müdafiəçilərini beynəlxalq hüququn tələblərinə hörmət etməyə və ədalətli mövqe tutaraq nifrət siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırırıq.
Bildirilib ki, Ermənistanın Azərbaycanofobiya siyasətinin nəticələrini özündə əks etdirən materiallar mütəmadi olaraq monitorinq edilərək beynəlxalq təşkilatların diqqətinə çatdırılır.