SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrovun müavini Ermənistanın Rusiyadakı səfiri ilə nədən danışıb?

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Nazirlikdən bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələlərinə, o cümlədən bütün səviyyələrdə siyasi dialoqun təşviqi və iqtisadi əlaqələrin gücləndirilməsinə toxunulub.
BAKI, 14 avqust — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanla görüşündə Laçın dəhlizi və Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Laçın dəhlizində və bütövlükdə "Dağlıq Qarabağ" ətrafında vəziyyətin inkişafı müzakirə edilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında əldə olunmuş sazişlərin bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib", - Rusiya XİN-in açıqlamasında deyilir.
Nazirlikdən bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələlərinə, o cümlədən bütün səviyyələrdə siyasi dialoqun təşviqi və iqtisadi əlaqələrin gücləndirilməsinə toxunulub.
Xəbər lenti
0