Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kubinkada - "Ordu-2023" də NATO-nun qənimət texnikasının göstərilməsi planlaşdırılıb

© Sputnik / Михаил Воскресенский"Ordu-2023"
Ordu-2023 - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Ekspozisiyada Qərbin zirehli texnikasının, o cümlədən piyadaların döyüş maşınlarının bir neçə nümunəsi nümayiş etdiriləcək.
BAKI, 14 avqust — Sputnik. Ələ keçirilmiş NATO texnikası "Ordu-2023" beynəlxalq hərbi-texniki forumunda nümayiş etdiriləcək.
"RİA Novosti" bu barədə məlumatlı mənbəyə istinadən xəbər verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, forum çərçivəsində Ukrayna ərazisində xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş qənimət texnikanın nümayişi planlaşdırılıb.
Mənbənin məlumatına görə, ekspozisiyada Qərbin zirehli texnikasının, o cümlədən piyadaların döyüş maşınlarının bir neçə nümunəsi nümayiş etdiriləcək.
Qeyd edək ki, "Ordu-2023" hərbi-texniki forumu avqustun 14-dən 20-dək Moskva ətrafındakı şəhər olan Kubinkada keçiriləcək.
Bundan əvvəl o da bildirilib ki, Rusiya hərbçiləri Britaniyanın "Mastiff PPV" zirehli avtomobilini Rusiya müdafiə sənayesi kompleksinin mütəxəssislərinə onu hərtərəfli öyrənmək üçün göndəriblər.
Xəbər lenti
0