DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənilər Azərbaycan konsulluğuna gedən yolları bağladı

© Photo : Azərbaycanın Los Ancelesdəki Baş KonsulluğuABŞ və Azərbaycan bayraqları
ABŞ və Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Etirazçılar konsulluğa gedən yolları bağlayıb, nəqliyyatın hərəkətini iflic edib, çadırlar qurublar.
BAKI, 14 avqust — Sputnik. ABŞ-da Los-Anceles şəhərinin erməni icmasının nümayəndələri Azərbaycan konsulluğu qarşısında Laçın yolundakı vəziyyətə etiraz olaraq aksiya keçirirlər.
Etirazçılar konsulluğa gedən yolları bağlayıb, ərazidə nəqliyyatın hərəkətini iflic edib, çadırlar qurublar.
Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Sputnik Azərbaycan-a bildirib ki, aksiya ərazisində vəziyyətə nəzarət edilir: "Hal-hazırda orada gecədir. Amma bizə verilən məlumata əsasən Los-Anceles polisi və diplomatik təhlükəsizlik xidmətinin orada təhlükəsizliyi təmin etdiyi bildirilir".
Xəbər lenti
0