NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların bahalaşması nefti ucuzlaşdırıb

© AP Photo / Ed AndrieskiНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Analitiklərin fikrincə, Çinin ləng iqtisadi bərpası və güclü ABŞ dolları qiymətləri aşağı sala biləcək, lakin OPEC hasilatı azaltmaq və bazarları sabitləşdirmək üçün əlindən gələni edəcək.
BAKI, 14 avqust — Sputnik. Dünya bazarlarında neft ardıcıl 7 həftəlik bahalaşmadan sonra ucuzlaşmağa başlayıb.
Çində iqtisadi inkişafın zəifləməsi, dolların güclənməsi neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.
"Brent" nefti 1,2% ucuzlaşaraq 85,74 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 1,3% azalaraq 82,12 dollar olub.
Analitiklərin fikrincə, Çinin ləng iqtisadi bərpası və güclü ABŞ dolları qiymətləri aşağı sala biləcək, lakin OPEC hasilatı azaltmaq və bazarları sabitləşdirmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light" markalı) bir barelinin qiyməti 0,21 dollar artaraq 91,4 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xəbər lenti
0