https://sputnik.az/20230814/cma-bqxk-azerbaycanin-esas-hissesi-ile-naxcivan-arasinda-gedis-gelisi-temin-etmelidir-457702397.html
İcma: BQXK Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəlişi təmin etməlidir
İcma: BQXK Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəlişi təmin etməlidir
Sputnik Azərbaycan
Qərbi Azərbaycan İcması Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T23:15+0400
2023-08-14T23:15+0400
2023-08-14T23:15+0400
siyasət
qərbi azərbaycan
qərbi azərbaycan
qərbi azərbaycan icması
https://cdnn1.img.sputnik.az/img/40004/38/400043860_0:2:900:508_1920x0_80_0_0_a417c01c05998c09f259a962d9783938.jpg
BAKI, 14 avqust - Sputnik. "Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırırıq".Bu fikirlər Qərbi Azərbaycan İcmasının BQXK-yə ünvanladığı müraciətdə yer alıb."Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır. 1991-ci ildə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir. Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar yaşatmaqdadır", - qeyd edilib.Müraciətdə, həmçinin bildirilib: “Ermənistanın bu blokadanı tətbiq etməkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib.Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant olaraq qalır.Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu qeyri-insani blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda vəziyyəti daha da gərginləşdirir.Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud olmayan “humanitar vəziyyət”lə bağlı narahatlıqlarını səsləndirmələri çox məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur.Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik.Bundan əlavə, biz Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq”.
qərbi azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40004/38/400043860_111:0:791:510_1920x0_80_0_0_1a7136230dd9e86607d58b563558a307.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərbi azərbaycan, qərbi azərbaycan, qərbi azərbaycan icması
qərbi azərbaycan, qərbi azərbaycan, qərbi azərbaycan icması
İcma: BQXK Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəlişi təmin etməlidir
Qərbi Azərbaycan İcması Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
BAKI, 14 avqust - Sputnik. "Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırırıq".
Bu fikirlər Qərbi Azərbaycan İcmasının BQXK-yə ünvanladığı müraciətdə yer alıb.
"Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır. 1991-ci ildə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir. Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar yaşatmaqdadır", - qeyd edilib.
Müraciətdə, həmçinin bildirilib: “Ermənistanın bu blokadanı tətbiq etməkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib.
Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant olaraq qalır.
Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu qeyri-insani blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda vəziyyəti daha da gərginləşdirir.
Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud olmayan “humanitar vəziyyət”lə bağlı narahatlıqlarını səsləndirmələri çox məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur.
Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik.
Bundan əlavə, biz Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq”.