DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN: Si Cinpin və Vladimir Putin strateji dialoq aparırlar

© Photo : Greg Baker/Pool Photo via APПредседатель КНР Си Цзиньпин и президент РФ Владимир Путин на церемонии официальной встречи в Китае
Председатель КНР Си Цзиньпин и президент РФ Владимир Путин на церемонии официальной встречи в Китае - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
İyulun sonunda Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Rusiya dövlət başçısının Çinə səfəri "Bir kəmər, bir yol" forumunun keçiriləcəyi oktyabr ayına planlaşdırılır.
BAKI, 14 avqust — Sputnik. Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin davamlı olaraq müxtəlif formatlarda bir-biri ilə strateji dialoq aparırlar. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
"Çin və Rusiya Federasiyasının liderləri davamlı olaraq müxtəlif formatlarda bir-birləri ilə strateji dialoq aparırlar, bizim bütün sahələrdə aktiv gündəliyimiz var", - o deyib.
Van Venbin qeyd edib ki, Pekin və Moskva ardıcıl olaraq ikitərəfli əməkdaşlığı təşviq edir və qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər müzakirə olunur. XİN rəsmisi vurğulayıb ki, Si Cinpin və Putinin rəhbərliyi altında Çin və Rusiya yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığı davamlı olaraq inkişaf etdirəcək.
İyulun sonunda Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Rusiya dövlət başçısının Çinə səfəri "Bir kəmər, bir yol" forumunun keçiriləcəyi oktyabr ayına planlaşdırılır.
Xəbər lenti
0