https://sputnik.az/20230814/bu-olkede-sabahdan-pandemiya-ile-bagli-butun-mehudiyyetler-legv-edilir-457679065.html
Bu ölkədə sabahdan pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilir
Bu ölkədə sabahdan pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilir
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyi hələ də vəziyyəti pis olan və ya COVID-19 üçün götürülən analiz müsbət çıxmış şəxslərə beş gün evdə qalmağı tövsiyə edir, lakin bu, artıq... 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T12:19+0400
2023-08-14T12:19+0400
2023-08-14T12:21+0400
dünya xəbərləri
yeni zelandiya
pandemiya
yeni tip koronavirus pandemiyası
məhdudiyyət
https://cdnn1.img.sputnik.az/img/42371/52/423715208_0:100:1920:1180_1920x0_80_0_0_e19703e8f4078f45d1a177ce99848d56.jpg
BAKI, 14 avqust — Sputnik. Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən COVID-19 pandemiyası zamanı tətbiq edilən bütün sağlamlıq məhdudiyyətlərini ləğv edir. Bu barədə ölkənin Səhiyyə naziri Aeşa Verral məlumat verib. Nazirin bəyanatında deyilir ki, COVID-19 ilə bağlı risk aşağı hesab olunur və bütün sanitar tələblər təhlükəsiz şəkildə aradan qaldırıla bilər. "2023-cü ilin iyun ayının əvvəlindən etibarən yoluxmuş xəstələrin ümumi nisbətləri və xəstəxanaya yerləşdirilmələr azalır və yeni yoluxanlarlın sayı aşağı olaraq qalır və biz epidemiya əalməti görmürük", - Verral deyib. O, hazırda COVID-19-la bağlı xəstəxanaya yerləşdirilmələrin yalnız 2,2%-ni təşkil etdiyini vurğulayıb. Nazir onu da qeyd edib ki, Səhiyyə Nazirliyi hələ də vəziyyəti pis olan və ya COVID-19 üçün götürülən analiz müsbət çıxmış şəxslərə beş gün evdə qalmağı tövsiyə edir, lakin bu, artıq məcburi sayılmır. "Maskaların istifadəsi yalnız tibb və müalicə müəssisələrində zəruri olaraq qalacaq, çünki bu, bütün tənəffüs xəstəliklərinin yayılmasının qarşısını alır", - nazir deyib. 2020-ci ilin mart ayında Yeni Zelandiya hakimiyyəti ciddi epidemioloji məhdudiyyətlər tətbiq edib və 9 iyun 2020-ci ildə bu məhdudiyyətlər qismən ləğv edilib. O vaxtdan bəri yeganə təsirli tədbir ictimai nəqliyyatda və bütün hava səyahətlərində qoruyucu maskaların taxılması tələbidir. Dövlətin sərhədləri 26 sentyabr 2022-ci il tarixinədək əcnəbilərin girişi üçün bağlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/52/423715208_107:0:1814:1280_1920x0_80_0_0_4d0f41976eab7d35e550518166fb1592.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni zelandiya, pandemiya, yeni tip koronavirus pandemiyası, məhdudiyyət
yeni zelandiya, pandemiya, yeni tip koronavirus pandemiyası, məhdudiyyət
Bu ölkədə sabahdan pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilir
12:19 14.08.2023 (Yenilənib: 12:21 14.08.2023) Səhiyyə Nazirliyi hələ də vəziyyəti pis olan və ya COVID-19 üçün götürülən analiz müsbət çıxmış şəxslərə beş gün evdə qalmağı tövsiyə edir, lakin bu, artıq məcburi sayılmır.
BAKI, 14 avqust — Sputnik. Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən COVID-19 pandemiyası zamanı tətbiq edilən bütün sağlamlıq məhdudiyyətlərini ləğv edir. Bu barədə ölkənin Səhiyyə naziri Aeşa Verral məlumat verib.
Nazirin bəyanatında deyilir ki, COVID-19 ilə bağlı risk aşağı hesab olunur və bütün sanitar tələblər təhlükəsiz şəkildə aradan qaldırıla bilər.
"2023-cü ilin iyun ayının əvvəlindən etibarən yoluxmuş xəstələrin ümumi nisbətləri və xəstəxanaya yerləşdirilmələr azalır və yeni yoluxanlarlın sayı aşağı olaraq qalır və biz epidemiya əalməti görmürük", - Verral deyib. O, hazırda COVID-19-la bağlı xəstəxanaya yerləşdirilmələrin yalnız 2,2%-ni təşkil etdiyini vurğulayıb.
Nazir onu da qeyd edib ki, Səhiyyə Nazirliyi hələ də vəziyyəti pis olan və ya COVID-19 üçün götürülən analiz müsbət çıxmış şəxslərə beş gün evdə qalmağı tövsiyə edir, lakin bu, artıq məcburi sayılmır.
"Maskaların istifadəsi yalnız tibb və müalicə müəssisələrində zəruri olaraq qalacaq, çünki bu, bütün tənəffüs xəstəliklərinin yayılmasının qarşısını alır", - nazir deyib.
2020-ci ilin mart ayında Yeni Zelandiya hakimiyyəti ciddi epidemioloji məhdudiyyətlər tətbiq edib və 9 iyun 2020-ci ildə bu məhdudiyyətlər qismən ləğv edilib. O vaxtdan bəri yeganə təsirli tədbir ictimai nəqliyyatda və bütün hava səyahətlərində qoruyucu maskaların taxılması tələbidir. Dövlətin sərhədləri 26 sentyabr 2022-ci il tarixinədək əcnəbilərin girişi üçün bağlanıb.