https://sputnik.az/20230814/azerbaycanda-donuzlarin-sayi-keskin-azalib-457695830.html
Azərbaycanda donuzların sayı kəskin azalıb
Azərbaycanda donuzların sayı kəskin azalıb
Sputnik Azərbaycan
Ölkəmizdə ən çox donuz Qax rayonunda saxlanılıb. Belə ki, bu ilin 6 ayında rayonda 1615 baş donuz olub, keçən il isə bu rəqəm 1795 baş idi. 14.08.2023, Sputnik Azərbaycan
2023-08-14T17:06+0400
2023-08-14T17:06+0400
2023-08-14T17:06+0400
donuz
iqtisadiyyat
azərbaycan
say
https://cdnn1.img.sputnik.az/img/42340/37/423403775_0:102:3278:1946_1920x0_80_0_0_ff327c0f4a2d04e25d51315a7fc58ac8.jpg
BAKI, 14 avqust — Sputnik. Azərbaycanda donuzların sayı kəskin azalıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 5 min 114 baş donuz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% azalma deməkdir. Azərbaycanda ən çox donuz Qax rayonunda saxlanılıb. Belə ki, bu ilin 6 ayında rayonda 1615 baş donuz olub. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu il rayonda donuzların sayı 10% azalıb. Bakıda bu ilin ilk yarısında 1112 baş donuz qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır. Bu il Naxçıvan Muxtar Respublikasında 830 baş donuz olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır. Qəbələ rayonunda 768 baş, İsmayıllı rayonunda 204 baş, Kürdəmir rayonunda 152 baş, Oğuz rayonunda 121 baş, Kəlbəcərdə 100 baş donuz olub. Digər yerlərdə isə nisbətən aşağı göstəricilər qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42340/37/423403775_274:0:3005:2048_1920x0_80_0_0_974c85681611ca5e8881032e5f38c44a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
donuz, azərbaycan, say
Azərbaycanda donuzların sayı kəskin azalıb
Ölkəmizdə ən çox donuz Qax rayonunda saxlanılıb. Belə ki, bu ilin 6 ayında rayonda 1615 baş donuz olub, keçən il isə bu rəqəm 1795 baş idi.
BAKI, 14 avqust — Sputnik. Azərbaycanda donuzların sayı kəskin azalıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 5 min 114 baş donuz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% azalma deməkdir.
Azərbaycanda ən çox donuz Qax rayonunda saxlanılıb. Belə ki, bu ilin 6 ayında rayonda 1615 baş donuz olub. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu il rayonda donuzların sayı 10% azalıb.
Bakıda bu ilin ilk yarısında 1112 baş donuz qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır.
Bu il Naxçıvan Muxtar Respublikasında 830 baş donuz olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır.
Qəbələ rayonunda 768 baş, İsmayıllı rayonunda 204 baş, Kürdəmir rayonunda 152 baş, Oğuz rayonunda 121 baş, Kəlbəcərdə 100 baş donuz olub. Digər yerlərdə isə nisbətən aşağı göstəricilər qeydə alınıb.