DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Soğan, sarımsaq və göyərtinin inanılmaz faydaları

© AFP 2024 / BENSON IBEABUCHISoğan, arxiv şəkli
Soğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Adıçəkilən qidaların hər qramında təxminən 100-240 milliqram (mq/q) miqdarda prebiotik olduğu bildirilir.
BAKI, 13 avqust - Sputnik. Kaliforniya Universitetinin alimləri ən çox prebiotik ehtiva edən tərəvəzləri müəyyənləşdiriblər.
Bir müddətdir ki aparılan tədqiqatın nəticələri ABŞ Qidalanma Cəmiyyətinin “Qidalanma 2023 Beynəlxalq Konqresi”də təqdim olunub.ALimlər bildirir ki, prebiotiklər mədə-bağırsaq traktının yuxarı hissəsində həzm olunmayan, sorulmayan, yoğun bağırsağınn mikroflorasının böyüməsini və həyati fəaliyyətini stimullaşdıran liflərdir.
Buna görə də belə maddələrin istehlakı qan şəkərinin səviyyəsini tənzimləyir, mineralların daha yaxşı mənimsənməsinə kömək edir, immuniteti gücləndirir və həzmi yaxşılaşdırır.
Alimlər bildirib ki, bir çox qidaların təxminən 37%-nin prebiotiklərdən ibarətdir. Göyərti, sarımsaq və soğanın hər qramında təxminən 100-240 milliqram (mq/q) miqdarda prebiotik var.
Bu səbəbdən də alimlər həmin tərəzləri davamlı istehlak etməyi tövsiyə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0