https://sputnik.az/20230813/selibciler-ermenistani-felakete-surukleyir-457633498.html
"Səlibçilər" Ermənistanı fəlakətə sürükləyir
"Səlibçilər" Ermənistanı fəlakətə sürükləyir
Sputnik Azərbaycan
Sabiq XİN başçısı deyib ki, əgər Ermənistan Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini müzakirə etmək istəyirsə, o zaman vaxtilə Ermənistandan qovulmuş... 13.08.2023, Sputnik Azərbaycan
2023-08-13T10:00+0400
2023-08-13T10:00+0400
2023-08-12T21:57+0400
ermənistan
siyasət
politoloq rasim musabəyov
rasim musabəyov
tofiq zülfüqarov
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_0:32:3072:1760_1920x0_80_0_0_690a164439e1cc5e58105365b0ab934f.jpg
BAKI, 13 avqust — Sputnik. Ermənistanda özlərinə "Səlibçilər" adı vermiş bir qrup, İrəvanın mərkəzində "Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin" tələbi ilə aksiya keçirib. Ermənistandakı revanşist qüvvələrin məsələləri silah yolu ilə həll etməyə meyllənməsi Azərbaycanın da cavab addımları atmasına zərurət yaradır. Azərbaycan Laçın yolunda silahlı təxribat baş verəcəyi təqdirdə hansı addımları ata bilər? Mövzu ilə bağlı millət vəkili Rasim Musabəyov və Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a danışıb. Millət vəkili Rasim Musabəyovun son baş verənlərə münasibəti sərt olub. O deyib ki, erməni revanşistlərin bu cür açıqlamaları onlara baha başa gələ bilər. Deputatın sözlərinə görə, Laçın yolunda baş verənlərə görə heç kimin Azərbaycana etiraz etmək haqqı yoxdur: "Azərbaycan öz ərazisində nəzarəti həyata keçirir. Buna olan etirazlar isə bizim üçün qəbuledilməzdir. Təxribat törətmək istəyənlər bunun nəticəsinin onlar üçün ağır olacağını da anlamalıdırlar. Qırmızı Xaçın yardımı ilə hələlik keçirlər. Əgər hər hansı təxribat törətsələr, onda bu da mümkünsüz olacaq. İstənilən təxribat Azərbaycana anti-terror əməliyyatı keçirməyə imkan verir. Vaxtilə İsrailin Baş naziri olmuş Qolda Meir demişdi ki, etiraz notaları qəbul etmək, üzrxahlıq və başsağlığı məktubları qəbul etməkdən yaxşıdır. Azərbaycan öz suveren ərazisində addımlar atır. Bizim kiminsə etirazları ilə hesablaşmağa ehtiyacımız yoxdur". Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, ilk növbədə bu ərazidə xüsusi bir şərait olduğunu, Laçın sərhəd-keçid məntəqəsinin şərti olaraq sərhəd sayıldığını qeyd etməliyik:"Təbii olaraq, hər hansı təxribat olacağı təqdirdə Azərbaycan təhlükəsizlik qüvvələri qanun çərçivəsində lazımı imkanlardan istifadə edə bilərlər, buna tam hüquqları var. O "səlibçi" ermənilərin istəkləri Ermənistanın da qanunlarına ziddir. Əgər onlar bunu törətsələr, deməli buna icazə verən Ermənistan hakimiyyətidir. Bu baş verəcəyi təqdirdə, Azərbaycan zəruri addımları atacaq". Tofqi Zülfüqarovun fikrincə, Qərb qurumlarının bölgədə baş verənlərlə bağlı çağırışlarında hər hansı məntiq tapmaq mümkün deyil: "Onlar bizdən elə şeylər tələb edirlər ki, bu, heç onların öz ölkələrində mümkün deyil. Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar. Azərbaycan açıq şəkildə bəyan edib ki, yüklər Ağdam yolundan Xankəndiyə daxil ola bilər. Azərbaycanın təklif etdiyi yolda dəmriyolu xətti mövcuddur və bu xətt Xankəndiyə qədər uzanır. Bizə qarşı səslənən bəyanatları mənasız və məntiqsiz hesab edirəm. Azərbaycan humanitar gediş-gəlişin təmin olunmasının qarşısını almayıb. Mütəmadi olaraq Qırmızı Xaç Təşkilatının vasitəsilə humanitar əsaslı gediş-gəlişlər təmin olunur. Təminatın Azərbaycan tərəfindən edilməsindən narahat olurlar. Bilirlər ki, bu baş versə, bölgə Azərbaycanın təsir dairəsində olacaq. Qərb qurumları ermənilərin təsiri altında nə etdiklərinin fərqində deyillər. Çünki onların bəyanatları və çağırışları real vəziyyətlə və beynəlxalq hüquqla uyğunlaşmır". Keçmiş XİN rəhbəri xatırladıb ki, Azərbaycan Ermənistanla sülh danışıqları aparır və Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiya məsələsi bizim daxili işimizdir. Əgər Ermənistan bizimlə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini müzakirə etmək istəyirsə, o zaman vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının paralel şəkildə müzakirəsinə də hazır olmalıdır: "Azərbaycan tərəfi vətəndaşlıq, reinteqrasiya təklif edir. Ermənistan tərəfindən isə belə bəyanatlar heç eşitməmişik. Azərbaycanda reinteqrasiyasını təmin etmək üçün Rusiya sülhməramlı kontingenti var. Amma Ermənistanda olan Avropa İttifaqının Mülki Missiyası azərbaycanlıların qayıdışını necə təsəvvür etdiklərini, bunu necə təşkil edəcəklərini bəyan etmir. Yəni, birtərəfli erməni maraqlarını qabartmaqla danışıqları uzatmaq istəyirlər". Zülfüqarovun fikrincə, bu gün Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi əsas problemlərdən biridir. 1991-ci ilin "Alma-Ata bəyannaməsi"nin prinsiplərini həyata keçirmək indi mümkün deyil. "Çünki Ermənistan birtərəfli olaraq bu prinsipləri ləğv edib və ərazi iddialarını rəsmi şəkildə irəli sürüb. Deməli, öz köhnə sərhədlərindən imtina edib. Paşinyan ərazi bütövlüyümüzü 86.6 min kv.km-də qəbul etdiyini desə də, rəqəmlər problemlərin həllinə kömək etmir. Ermənistan 1975-ci ilin xəritələrini təklif edir, Azərbaycan isə 1920-ci ilin xəritələrini təklif edə bilər. Yəni, problem var. Ermənilər substantiv müzakirələrdən uzaqlaşmaq üçün təxribatlara əl atırlar. İndi də səlibçilər ortaya çıxıb. Ermənistan real yox, teatral siyasətə üstünlük verir", - deyə keçmiş XİN rəhbəri fikirlərini yekunlaşdırıb.
https://sputnik.az/20230810/selibcilerin-aksiyasini-pislediler-457585733.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_225:0:2956:2048_1920x0_80_0_0_5e85f2b90f192f737114f51c4243d87a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, politoloq rasim musabəyov, rasim musabəyov, tofiq zülfüqarov
ermənistan, politoloq rasim musabəyov, rasim musabəyov, tofiq zülfüqarov
"Səlibçilər" Ermənistanı fəlakətə sürükləyir
Sabiq XİN başçısı deyib ki, əgər Ermənistan Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini müzakirə etmək istəyirsə, o zaman vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının paralel şəkildə müzakirəsinə də hazır olmalıdır.
BAKI, 13 avqust — Sputnik. Ermənistanda özlərinə "Səlibçilər" adı vermiş bir qrup, İrəvanın mərkəzində "Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin" tələbi ilə aksiya keçirib. Ermənistandakı revanşist qüvvələrin məsələləri silah yolu ilə həll etməyə meyllənməsi Azərbaycanın da cavab addımları atmasına zərurət yaradır.
Azərbaycan Laçın yolunda silahlı təxribat baş verəcəyi təqdirdə hansı addımları ata bilər?
Mövzu ilə bağlı millət vəkili Rasim Musabəyov və Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili Rasim Musabəyovun son baş verənlərə münasibəti sərt olub. O deyib ki, erməni revanşistlərin bu cür açıqlamaları onlara baha başa gələ bilər.
Deputatın sözlərinə görə, Laçın yolunda baş verənlərə görə heç kimin Azərbaycana etiraz etmək haqqı yoxdur:
"Azərbaycan öz ərazisində nəzarəti həyata keçirir. Buna olan etirazlar isə bizim üçün qəbuledilməzdir. Təxribat törətmək istəyənlər bunun nəticəsinin onlar üçün ağır olacağını da anlamalıdırlar. Qırmızı Xaçın yardımı ilə hələlik keçirlər. Əgər hər hansı təxribat törətsələr, onda bu da mümkünsüz olacaq. İstənilən təxribat Azərbaycana anti-terror əməliyyatı keçirməyə imkan verir. Vaxtilə İsrailin Baş naziri olmuş Qolda Meir demişdi ki, etiraz notaları qəbul etmək, üzrxahlıq və başsağlığı məktubları qəbul etməkdən yaxşıdır. Azərbaycan öz suveren ərazisində addımlar atır. Bizim kiminsə etirazları ilə hesablaşmağa ehtiyacımız yoxdur".
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, ilk növbədə bu ərazidə xüsusi bir şərait olduğunu, Laçın sərhəd-keçid məntəqəsinin şərti olaraq sərhəd sayıldığını qeyd etməliyik:
"Təbii olaraq, hər hansı təxribat olacağı təqdirdə Azərbaycan təhlükəsizlik qüvvələri qanun çərçivəsində lazımı imkanlardan istifadə edə bilərlər, buna tam hüquqları var. O "səlibçi" ermənilərin istəkləri Ermənistanın da qanunlarına ziddir. Əgər onlar bunu törətsələr, deməli buna icazə verən Ermənistan hakimiyyətidir. Bu baş verəcəyi təqdirdə, Azərbaycan zəruri addımları atacaq".
Tofqi Zülfüqarovun fikrincə, Qərb qurumlarının bölgədə baş verənlərlə bağlı çağırışlarında hər hansı məntiq tapmaq mümkün deyil:
"Onlar bizdən elə şeylər tələb edirlər ki, bu, heç onların öz ölkələrində mümkün deyil. Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar. Azərbaycan açıq şəkildə bəyan edib ki, yüklər Ağdam yolundan Xankəndiyə daxil ola bilər. Azərbaycanın təklif etdiyi yolda dəmriyolu xətti mövcuddur və bu xətt Xankəndiyə qədər uzanır. Bizə qarşı səslənən bəyanatları mənasız və məntiqsiz hesab edirəm. Azərbaycan humanitar gediş-gəlişin təmin olunmasının qarşısını almayıb. Mütəmadi olaraq Qırmızı Xaç Təşkilatının vasitəsilə humanitar əsaslı gediş-gəlişlər təmin olunur. Təminatın Azərbaycan tərəfindən edilməsindən narahat olurlar. Bilirlər ki, bu baş versə, bölgə Azərbaycanın təsir dairəsində olacaq. Qərb qurumları ermənilərin təsiri altında nə etdiklərinin fərqində deyillər. Çünki onların bəyanatları və çağırışları real vəziyyətlə və beynəlxalq hüquqla uyğunlaşmır".
Keçmiş XİN rəhbəri xatırladıb ki, Azərbaycan Ermənistanla sülh danışıqları aparır və Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiya məsələsi bizim daxili işimizdir. Əgər Ermənistan bizimlə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini müzakirə etmək istəyirsə, o zaman vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının paralel şəkildə müzakirəsinə də hazır olmalıdır:
"Azərbaycan tərəfi vətəndaşlıq, reinteqrasiya təklif edir. Ermənistan tərəfindən isə belə bəyanatlar heç eşitməmişik. Azərbaycanda reinteqrasiyasını təmin etmək üçün Rusiya sülhməramlı kontingenti var. Amma Ermənistanda olan Avropa İttifaqının Mülki Missiyası azərbaycanlıların qayıdışını necə təsəvvür etdiklərini, bunu necə təşkil edəcəklərini bəyan etmir. Yəni, birtərəfli erməni maraqlarını qabartmaqla danışıqları uzatmaq istəyirlər".
Zülfüqarovun fikrincə, bu gün Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi əsas problemlərdən biridir. 1991-ci ilin "Alma-Ata bəyannaməsi"nin prinsiplərini həyata keçirmək indi mümkün deyil.
"Çünki Ermənistan birtərəfli olaraq bu prinsipləri ləğv edib və ərazi iddialarını rəsmi şəkildə irəli sürüb. Deməli, öz köhnə sərhədlərindən imtina edib. Paşinyan ərazi bütövlüyümüzü 86.6 min kv.km-də qəbul etdiyini desə də, rəqəmlər problemlərin həllinə kömək etmir. Ermənistan 1975-ci ilin xəritələrini təklif edir, Azərbaycan isə 1920-ci ilin xəritələrini təklif edə bilər. Yəni, problem var. Ermənilər substantiv müzakirələrdən uzaqlaşmaq üçün təxribatlara əl atırlar. İndi də səlibçilər ortaya çıxıb. Ermənistan real yox, teatral siyasətə üstünlük verir", - deyə keçmiş XİN rəhbəri fikirlərini yekunlaşdırıb.