DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qiyamçılar ECOWAS-ın tələbləri ilə razılaşmır - “Al Arabiya”

© AFP 2024 / KOLA SULAIMONECOWAS-a üzv ölkələrin iclası
ECOWAS-a üzv ölkələrin iclası - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
“Al Arabiya” ölkədəki vəziyyətin humanitar yardıma ehtiyacı olanlara mənfi təsir göstərməyə başladığını iddia edir.
BAKI, 13 avqust — Sputnik. İyulun sonunda Nigerdə dövlət çevrilişi edən hərbçilər Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) irəli sürdüyü şərtlərlə razılaşmırlar. Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.

"Məlumata görə, üsyançılar təşkilatın irəli sürdüyü tələblərə münasibətdə çeviklik nümayiş etdirmirlər. Bununla yanaşı, hərbçilər və ECOWAS arasında təmaslar dayanmayıb", - kanal qeyd edir.

“Al Arabiya” ölkədəki vəziyyətin humanitar yardıma ehtiyacı olanlara mənfi təsir göstərməyə başladığını iddia edir.
İyulun sonlarında Niger Prezident Qvardiyasının hərbi qrupu qiyam qaldıraraq prezident Məhəmməd Bazumu istefaya göndərdiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb. ECOWAS liderləri Niamey-ə qarşı sərt sanksiyalar tətbiq edərək və üsyançıları güc tətbiq etməklə hədələyərək Bazumu azad etməyi tələb etdilər.
Kot-d'İvuarın prezidenti Alassan Uattara ECOWAS-ın Abuca sammitindən qayıdarkən bildirib ki, assosiasiyaya üzv olan ölkələrin liderləri Nigerdə mümkün qədər tez hərbi əməliyyat keçirməyə razılaşıblar.

"Üsyançılar tərəfindən yaradılan müharibə şurası, ECOWAS-ın müdaxilə planları ilə bağlı elanları fonunda ordunun hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Bununla belə, ECOWAS-ın parlamenti Nigerə qoşun yeridilməsi ilə bağlı vahid mövqedə razılaşa bilmir", - Qətərin Əl-Cəzirə telekanalı iddia edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0