https://sputnik.az/20230813/havay-adalarini-mese-yanginlarindan-qurtarmaq-55-milyard-dollara-basa-gele-biler---media-457658999.html
Havay adalarını meşə yanğınlarından qurtarmaq 5,5 milyard dollara başa gələ bilər - media
Havay adalarını meşə yanğınlarından qurtarmaq 5,5 milyard dollara başa gələ bilər - media
Sputnik Azərbaycan
Havayda davam edən ölümcül meşə yanğınlarında 89 nəfərin həlak olduğu bildirilir. 13.08.2023, Sputnik Azərbaycan
2023-08-13T10:48+0400
2023-08-13T10:48+0400
2023-08-13T10:58+0400
dünya xəbərləri
havay adaları
yanğın
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0b/457617614_0:0:3072:1728_1920x0_80_0_0_eedf63f28976179fdc91bbaaa55dae9a.jpg
BAKI, 13 avqust - Sputnik. Maui və Böyük adalarını əhatə edən və 2000-dən çox binanı məhv edən dağıdıcı meşə yanğınlarından sonra Havay adalarının bərpası 5,52 milyard dollara başa gələ bilər. Bu barədə RİA Novosti Maui dairəsinin rəsmilərinə istinadən məlumat yayıb.Daha əvvəl NBC News Havay adalarının qubernatoru Coş Qrinə istinadən xəbər vermişdi ki, ABŞ-da Havayda davam edən ən ölümcül meşə yanğınları qurbanlarının sayı 89 nəfərə çatıb.Maui əyalətinin hakimiyyət orqanları öz Facebook* səhifəsində statistik məlumat dərc edib, ona görə 2170 bina zədələnib və ya dağılıb, o cümlədən yaşayış binalarının 86%-i. Bərpanın təxmini məbləği 5,52 milyard ABŞ dolları həcmində qiymətləndirilir.Maui adaları və Böyük Adadakı meşə yanğınları quru və isti hava səbəbindən başlayıb və Dora qasırğasının gətirdiyi güclü küləklər nəticəsində daha da şiddətlənir. Bəzi yanğınlar 400 hektar əraziyə çatır.Yanğın bir neçə yaşayış məntəqəsini, o cümlədən məşhur turistik Lahaina şəhərini məhv edib. Hakimiyyət yolları bağlamağa məcburdur, ictimai nəqliyyat işləmir.Yüzlərlə yerli sakin təxliyə edilib. Prezident Co Bayden Havaydakı bütün federal qurumlara, o cümlədən orduya yanğınlara qarşı mübarizəyə qoşulmağı əmr edib.Pentaqon daha əvvəl yerli hakimiyyət orqanlarına kömək etmək üçün Milli Qvardiyanın əsgərləri və helikopterlərinin cəlb olunduğunu bildirmişdi.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0b/457617614_162:0:2893:2048_1920x0_80_0_0_0de4c469e36cb043012f51589dfcd301.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
havay adaları, yanğın
Havay adalarını meşə yanğınlarından qurtarmaq 5,5 milyard dollara başa gələ bilər - media
10:48 13.08.2023 (Yenilənib: 10:58 13.08.2023) Havayda davam edən ölümcül meşə yanğınlarında 89 nəfərin həlak olduğu bildirilir.
BAKI, 13 avqust - Sputnik. Maui və Böyük adalarını əhatə edən və 2000-dən çox binanı məhv edən dağıdıcı meşə yanğınlarından sonra Havay adalarının bərpası 5,52 milyard dollara başa gələ bilər. Bu barədə RİA Novosti Maui dairəsinin rəsmilərinə istinadən məlumat yayıb.
Daha əvvəl NBC News Havay adalarının qubernatoru Coş Qrinə istinadən xəbər vermişdi ki, ABŞ-da Havayda davam edən ən ölümcül meşə yanğınları qurbanlarının sayı 89 nəfərə çatıb.
Maui əyalətinin hakimiyyət orqanları öz Facebook* səhifəsində statistik məlumat dərc edib, ona görə 2170 bina zədələnib və ya dağılıb, o cümlədən yaşayış binalarının 86%-i. Bərpanın təxmini məbləği 5,52 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Maui adaları və Böyük Adadakı meşə yanğınları quru və isti hava səbəbindən başlayıb və Dora qasırğasının gətirdiyi güclü küləklər nəticəsində daha da şiddətlənir. Bəzi yanğınlar 400 hektar əraziyə çatır.
Yanğın bir neçə yaşayış məntəqəsini, o cümlədən məşhur turistik Lahaina şəhərini məhv edib. Hakimiyyət yolları bağlamağa məcburdur, ictimai nəqliyyat işləmir.
Yüzlərlə yerli sakin təxliyə edilib. Prezident Co Bayden Havaydakı bütün federal qurumlara, o cümlədən orduya yanğınlara qarşı mübarizəyə qoşulmağı əmr edib.
Pentaqon daha əvvəl yerli hakimiyyət orqanlarına kömək etmək üçün Milli Qvardiyanın əsgərləri və helikopterlərinin cəlb olunduğunu bildirmişdi.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.