https://sputnik.az/20230813/ecowas-olkeleri-nigerle-bagli-fikir-ayriligina-dusub-457660211.html
ECOWAS ölkələri Nigerlə bağlı fikir ayrılığına düşüb
ECOWAS ölkələri Nigerlə bağlı fikir ayrılığına düşüb
Sputnik Azərbaycan
Qətər telekanalının məlumatına görə, Nigerlə bağlı konfransın bəzi iştirakçıları mülki əhali üçün mümkün risklərə işarə edərək, vəziyyətin diplomatik yolla... 13.08.2023, Sputnik Azərbaycan
2023-08-13T12:33+0400
2023-08-13T12:33+0400
2023-08-13T12:33+0400
niger
dünya xəbərləri
qərb
afrika
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0b/457633052_0:322:3068:2048_1920x0_80_0_0_be6bce3d691141ddbc557bff4178c52f.jpg
BAKI, 13 avqust - Sputnik. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) ölkələri Nigerə hərbi müdaxilənin zəruriliyi ilə bağlı fikir ayrılığına düşüblər. Bu barədə Əl-Cəzirə məlumat yayıb. Qətər telekanalının məlumatına görə, Nigerlə bağlı konfransın bəzi iştirakçıları mülki əhali üçün mümkün risklərə işarə edərək, vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdırlar. Bu fonda ECOWAS Assambleyasının nümayəndəsi bildirib ki, Niger üzrə konfrans heç bir həll yolu ilə nəticələnməyib, lakin ECOWAS üsyançıların liderləri ilə görüşmək üçün Nigerə parlament qrupu göndərmək niyyətindədir. Daha əvvəl ECOWAS Nigerə müdaxilə üçün BMT-nin icazəsinə ehtiyac duymadıqlarını bildirmişdi. İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin Silahlı Qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb. Eyni zamanda, Nigerdəki üsyançılar hökumətin fiziki bütövlüyünə zəmanət verdilər. İyulun 27-də BMT-nin baş katibi Antonio Quterreş üsyanı dayandırmağa və prezident Bazumu azad etməyə çağırıb. Üsyan ABŞ və Avropa İttifaqında da pislənib. Rusiya münaqişə tərəflərini dialoqa çağırıb. İyulun 28-də prezident qvardiyasının keçmiş rəisi, general Abduraxman Tçiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib. Bundan əvvəl qiyamçıların başçısı xarici müdaxilə halında Nigerdə "qırğın və xaos" olacağını açıqlamışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0b/457633052_337:0:3068:2048_1920x0_80_0_0_079403dbaede31f82d0669fe7d8c688a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
niger, qərb, afrika
ECOWAS ölkələri Nigerlə bağlı fikir ayrılığına düşüb
Qətər telekanalının məlumatına görə, Nigerlə bağlı konfransın bəzi iştirakçıları mülki əhali üçün mümkün risklərə işarə edərək, vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdırlar.
BAKI, 13 avqust - Sputnik. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) ölkələri Nigerə hərbi müdaxilənin zəruriliyi ilə bağlı fikir ayrılığına düşüblər. Bu barədə Əl-Cəzirə məlumat yayıb.
Qətər telekanalının məlumatına görə, Nigerlə bağlı konfransın bəzi iştirakçıları mülki əhali üçün mümkün risklərə işarə edərək, vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdırlar.
Bu fonda ECOWAS Assambleyasının nümayəndəsi bildirib ki, Niger üzrə konfrans heç bir həll yolu ilə nəticələnməyib, lakin ECOWAS üsyançıların liderləri ilə görüşmək üçün Nigerə parlament qrupu göndərmək niyyətindədir.
Daha əvvəl ECOWAS Nigerə müdaxilə üçün BMT-nin icazəsinə ehtiyac duymadıqlarını bildirmişdi.
İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin Silahlı Qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb. Eyni zamanda, Nigerdəki üsyançılar hökumətin fiziki bütövlüyünə zəmanət verdilər.
İyulun 27-də BMT-nin baş katibi Antonio Quterreş üsyanı dayandırmağa və prezident Bazumu azad etməyə çağırıb. Üsyan ABŞ və Avropa İttifaqında da pislənib. Rusiya münaqişə tərəflərini dialoqa çağırıb.
İyulun 28-də prezident qvardiyasının keçmiş rəisi, general Abduraxman Tçiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib.
Bundan əvvəl qiyamçıların başçısı xarici müdaxilə halında Nigerdə "qırğın və xaos" olacağını açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.