Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Arıqlayandan sonra təkrar kökəlməmək üçün nə etmək lazımdır?

© Shutterstock FotodomTərəzi üzərində qız
Tərəzi üzərində qız - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Həkimlər ayda 2 kiloqram arıqlamağı hədəf alan pəhrizləri məsləhət görür.
BAKI, 13 avqust - Sputnik. Arıqlamaq istəyənlərin bir çoxu müəyyən çəkidən xilas olduqdan sonra sürətli şəkildə yenidən kökəlməyə başlayırlar.
Rusiyalı həkimlər bu cür arzuolunmaz hallardan uzaq olmağın yollarını açıqlayıblar.
Onlar bildiriblər ki, arıqladıqdan sonra qısa müddətdə itirilən çəki yenidən bərpa olunur.
Həkimlərin sözlərinə görə, bir çox qidaların qəbulunu məhdudlaşdıran dietalar həddindən artıq təhlükəlidir. Onlaırn sözlərinə əsasən, arıqlama zamanı pəhriz menyusundakı qida dəyəri günlük 1200 kilokaloridən azdırsa, hüceyrənin enerji ehtiyacları yavaş-yavaş bərpa olunduqda çəki qısa zamanda bərpa olunur və artıq kalorilər dərhal yağ toxumasına çevrilir. Buna görə də həkimlər ayda 2 kiloqram arıqlamağı hədəf alan pəhrizləri məsləhət görür.
Onlar bildirir ki, bütün bunlarla yanaşı normal yuxu rejimi də çəkini olduğu kimi saxlamağa kömək edir. Bundan başqa, həkimlər əldə olunan ideal çəkinin qorunub saxlanılması üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmağın vacib olduğunu vurğulayırlar.
Xəbər lenti
0