https://sputnik.az/20230812/turkiyede-qaz-qovsagi-layihesinin-parametrleri-hele-de-muzakire-olunur---rusiya-xn-457634964.html
Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də müzakirə olunur - Rusiya XİN
Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də müzakirə olunur - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putinin avqust ayına planlaşdırılan səfəri zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də qaz qovşağı layihəsi... 12.08.2023, Sputnik Azərbaycan
2023-08-12T00:55+0400
2023-08-12T00:55+0400
2023-08-12T00:55+0400
qaz xətti
dünya xəbərləri
türkiyə
rusiya
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888391_0:0:3077:1731_1920x0_80_0_0_533fa5e0f734f216f342296ad9196b47.jpg
BAKI, 12 avqust — Sputnik. Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də, o cümlədən ən yüksək səviyyədə müzakirə olunur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski "RİA Novosti"yə bildirib. "Bu təşəbbüsün birbaşa həyata keçirilməsinə gəlincə, onun parametrləri hələ də müzakirə olunur, o cümlədən ən yüksək səviyyədə", - deyə o, agentliyə müsahibəsində qeyd edib. Biriçevski qeyd edib ki, Türkiyədə qazpaylayıcı mərkəzi təşkil etmək seçimi təsadüfi deyil. "Onun Avropa üçün tranzit ölkə kimi rolu son vaxtlar "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi ilə xeyli artıb. Eyni zamanda, Moskva ilə Ankara arasında qaz sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və siyasi konyukturaya tabe deyil", - deyə Biriçevski vurğulayıb. "CNN Türk" telekanalının daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin avqust ayına planlaşdırılan səfəri zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də qaz qovşağı layihəsi müzakirə oluna bilər. Qeyd edək ki, Türkiyə qaz qovşağı ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub. Daha sonra - Baltik dənizinin dibində "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin dağıdılmasından iki həftə sonra - Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qaz tranzitinin itirilmiş həcminin Qara dəniz regionuna köçürülə biləcəyini açıqlayıb. O, Türkiyədə digər ölkələrə, ilk növbədə Avropaya tədarük üçün, həmçinin 2021-ci ildən etibarən tarixi rekordlara qədər bir neçə dəfə artan qaz qiymətlərini müəyyənləşdirmək üçün bir qaz mərkəzi yaratmaq imkanını qeyd edib. Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkənin liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər. Lakin Avropa bu təklifi həvəssiz qarşılayıb. Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının "heç bir mənası olmadığını" yazıb. Avropa Komissiyası isə xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb. İyunun əvvəlində danışıqlarla tanış olan "RİA Novosti" mənbəsi bildirib ki, Türkiyə tərəfi "Qazprom"un təqdim etdiyi qaz qovşağı layihəsinin konsepsiyası ilə tanışdır. Fəal dialoq gedir, layihə Ankara üçün prioritet xarakter daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888391_180:0:2909:2047_1920x0_80_0_0_93b6f18fd5a2913ced5b31536bf74751.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qaz xətti, türkiyə, rusiya, qaz
qaz xətti, türkiyə, rusiya, qaz
Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də müzakirə olunur - Rusiya XİN
Rusiya Prezidenti Vladimir Putinin avqust ayına planlaşdırılan səfəri zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də qaz qovşağı layihəsi müzakirə oluna bilər.
BAKI, 12 avqust — Sputnik. Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də, o cümlədən ən yüksək səviyyədə müzakirə olunur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski "RİA Novosti"yə bildirib.
"Bu təşəbbüsün birbaşa həyata keçirilməsinə gəlincə, onun parametrləri hələ də müzakirə olunur, o cümlədən ən yüksək səviyyədə", - deyə o, agentliyə müsahibəsində qeyd edib.
Biriçevski qeyd edib ki, Türkiyədə qazpaylayıcı mərkəzi təşkil etmək seçimi təsadüfi deyil.
"Onun Avropa üçün tranzit ölkə kimi rolu son vaxtlar "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi ilə xeyli artıb. Eyni zamanda, Moskva ilə Ankara arasında qaz sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və siyasi konyukturaya tabe deyil", - deyə Biriçevski vurğulayıb.
"CNN Türk" telekanalının daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin avqust ayına planlaşdırılan səfəri zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də qaz qovşağı layihəsi müzakirə oluna bilər.
Qeyd edək ki, Türkiyə qaz qovşağı ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub. Daha sonra - Baltik dənizinin dibində "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin dağıdılmasından iki həftə sonra - Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qaz tranzitinin itirilmiş həcminin Qara dəniz regionuna köçürülə biləcəyini açıqlayıb. O, Türkiyədə digər ölkələrə, ilk növbədə Avropaya tədarük üçün, həmçinin 2021-ci ildən etibarən tarixi rekordlara qədər bir neçə dəfə artan qaz qiymətlərini müəyyənləşdirmək üçün bir qaz mərkəzi yaratmaq imkanını qeyd edib.
Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkənin liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər. Lakin Avropa bu təklifi həvəssiz qarşılayıb. Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının "heç bir mənası olmadığını" yazıb. Avropa Komissiyası isə xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.
İyunun əvvəlində danışıqlarla tanış olan "RİA Novosti" mənbəsi bildirib ki, Türkiyə tərəfi "Qazprom"un təqdim etdiyi qaz qovşağı layihəsinin konsepsiyası ilə tanışdır. Fəal dialoq gedir, layihə Ankara üçün prioritet xarakter daşıyır.