https://sputnik.az/20230812/stanbul-baki-teyyaresinin-sernisininde-kulli-miqdarda-narkotik-askarlanib-457646739.html
İstanbul-Bakı təyyarəsinin sərnişinində külli miqdarda narkotik aşkarlanıb
İstanbul-Bakı təyyarəsinin sərnişinində külli miqdarda narkotik aşkarlanıb
Sputnik Azərbaycan
Hazırda cinayət işinin istintaqı davam etdirilir. 12.08.2023, Sputnik Azərbaycan
2023-08-12T17:24+0400
2023-08-12T17:24+0400
2023-08-12T17:55+0400
narkotik
hadisə
təyyarə
sərnişin
istanbul-bakı aviareysi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_0:191:2965:1858_1920x0_80_0_0_0f3efe810c695e4fcd02bec9ccca26c3.jpg
BAKI, 12 avqust - Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirilib.Dövlət Gömrük Komitəsi məlumat xəbər verir ki, yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə külli miqdarda 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb.Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) və 240.3.2-ci (Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 1 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilib, 1 nəfər şəxsin barəsində isə istintaqdan gizləndiyi üçün axtarış elan edilib.Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_116:0:2847:2048_1920x0_80_0_0_ca0ed8b6e4389fabeab366753d389dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, təyyarə, sərnişin, istanbul-bakı aviareysi
narkotik, təyyarə, sərnişin, istanbul-bakı aviareysi
İstanbul-Bakı təyyarəsinin sərnişinində külli miqdarda narkotik aşkarlanıb
17:24 12.08.2023 (Yenilənib: 17:55 12.08.2023) Hazırda cinayət işinin istintaqı davam etdirilir.
BAKI, 12 avqust - Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirilib.
Dövlət Gömrük Komitəsi məlumat xəbər verir ki, yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə külli miqdarda 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) və 240.3.2-ci (Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 1 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilib, 1 nəfər şəxsin barəsində isə istintaqdan gizləndiyi üçün axtarış elan edilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.