DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran uranın zənginləşdirilməsi tempini azaldıb

© IRIB via AP, Fileİranda uranın zənginləşdirilməsi zavodu
İranda uranın zənginləşdirilməsi zavodu - Sputnik Azərbaycan, 1920, 12.08.2023
Abunə olmaq
İranın belə addım atması, uranın zənginləşdirilməsi tempini azaltması payızda ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası istiqamətində əhəmiyyətli addım ola bilər
BAKI, 12 avqust - Sputnik. İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli səviyyədə azaldıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb. “The Wall Street Journal”nın məlumatına görə, İranın belə addım atması, uranın zənginləşdirilməsi tempini azaltması payızda ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası istiqamətində əhəmiyyətli addım ola bilər.
Məlumatda deyilir ki, İran əvvəllər toplanmış uran ehtiyatlarının bir hissəsinin zənginləşdirilmə tempini də aşağı salıb.
Dərgidə o da həmçinin qeyd olunub ki, ABŞ administrasiyasının bir sıra rəsmilərinin sözlərinə görə, Tehran nüvə proqramını azaltmaq üçün konkret addımlar atarsa, yaxın aylarda danışıqlar aparmaq mümkün olar.
Xəbər lenti
0