ECOWAS Baş Qərargah rəislərinin Niger ilə bağlı görüşü avqustun 14-də keçiriləcək

© AFP 2024 / NIPAH DENNISTəhlükəsizlik xidmətinin əməkdaşları ECOWas-ın iclasının keçirildiyi binanın qarşısında
Təhlükəsizlik xidmətinin əməkdaşları ECOWas-ın iclasının keçirildiyi binanın qarşısında - Sputnik Azərbaycan, 1920, 12.08.2023
Abunə olmaq
Nigerdəki vəziyyətin nizamlanması üzrə fəaliyyət planının müzakirəsi üçün görüşün avqustun 12-də keçirilməsi nəzərdə tutulsa da, sonradan görüş təxirə salınmışdı.
BAKI, 12 avqust - Sputnik. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Nigerdəki vəziyyətə həsr olunmuş görüşü avqustun 14-də Qanada keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Qeyd edək ki, əvvəlcə Nigerdəki vəziyyətin nizamlanması üzrə fəaliyyət planının müzakirəsi üçün görüşün avqustun 12-də keçirilməsi nəzərdə tutulsa da, sonradan görüş təxirə salınmışdı.
Xəbər lenti
0