https://sputnik.az/20230811/qarabagin-ermeni-sakinlerinin-numayendeleri-razilasmani-son-anda-pozublar---xn-resmisi-457634026.html
"Qarabağın erməni sakinlərinin nümayəndələri razılaşmanı son anda pozublar" - XİN rəsmisi
"Qarabağın erməni sakinlərinin nümayəndələri razılaşmanı son anda pozublar" - XİN rəsmisi
Sputnik Azərbaycan
Ayxan Hacızadə bildirib ki, Azərbaycanın təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri... 11.08.2023, Sputnik Azərbaycan
2023-08-11T19:08+0400
2023-08-11T19:08+0400
2023-08-11T19:32+0400
siyasət
azərbaycan xin
ayxan hacızadə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520944_0:103:1080:711_1920x0_80_0_0_77a4aeb04fc5993b12dd04c7907460f0.jpg
BAKI, 11 avqust - Sputnik. "Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub".Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi: "Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub"."Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - deyə A.Hacızadə vurğulayıb.
https://sputnik.az/20230811/azerbaycan-xn-nikol-pasinyana-cavab-verdi--457633892.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520944_0:2:1080:812_1920x0_80_0_0_17306f8707eef9fa46a3267d6f9d45c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ayxan hacızadə, ermənistan
azərbaycan xin, ayxan hacızadə, ermənistan
"Qarabağın erməni sakinlərinin nümayəndələri razılaşmanı son anda pozublar" - XİN rəsmisi
19:08 11.08.2023 (Yenilənib: 19:32 11.08.2023) Ayxan Hacızadə bildirib ki, Azərbaycanın təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.
BAKI, 11 avqust - Sputnik. "Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi:
"Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub".
"Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - deyə A.Hacızadə vurğulayıb.