DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan: Digər ölkədə bir neçə günə tikilən binanın inşasına Ermənistanda illər lazımdır

© AP PhotoNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
“Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram” deyən Ermənistanın baş naziri özləri üçün acı həqiqəti dilə gətirib
BAKI, 11 avqust - Sputnik. “Ermənistanda tikinti sənayesinin əsas problemlərindən biri tikinti mədəniyyətinin olmamasıdır”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İnşaatçılar Gününə həsr olunmuş təntənəli tədbirdə deyib.
Onun sözlərinə görə, peşə bayramı problemlər haqqında danışmaq və onların həlli yollarını göstərmək üçün əlavə səbəbdir: “Söhbət ölkənin strateji inkişafından, yeni tikinti mədəniyyətindən, yeni keyfiyyətdən, yeni standartlardan, yeni yanaşmalardan və templərdən gedir. Bizdə binanın söküntüsü illərlə davam edir. Müdafiə Nazirliyinin keçmiş binasını 4 ildir sökürük. Bu həm özəl sektor, həm də dövlət sektoru üçün problemdir”.
“Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram” deyən Ermənistanın baş naziri özləri üçün acı həqiqəti də dilə gətirib: “Bir çox başqa ölkələrdə bir neçə günə tikilən binanı Ermənistanda illərdir tikirlər, tikirlər, amma tikib qurtara bilmirlər”.
Xəbər lenti
0