CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində temperatur 42°-yə qədər yüksələcək - Proqnoz

© Sputnik / Murad OrujovŞuşa, arxiv
Şuşa, arxiv - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
BAKI, 11 avqust — Sputnik. Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda 28-33° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0