DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask Mark Zukerberqlə döyüşünün yerini açıqlayıb

© AFP 2023 / ALAIN JOCARDİlon Mask
İlon Mask  - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Mask və Zukerberq qarışıq döyüş sənətləri qaydalarına uyğun döyüşmək barədə bu ilin iyununda razılığa gəliblər.
BAKI, 11 avqust - Sputnik. Amerikalı iş adamları, milyarderlər İlon Mask və Mark Zukerberq arasında döyüş İtaliyada baş tutacaq.
“Report” xəbər verir ki, bu barədə Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Döyüş mənim fondum və Zukerberqin fondu tərəfindən keçiriləcək. Yayım X (tviter) platformasında və “Meta”da (feysbuk) olacaq. Kameraya düşən bütün kadrlar qədim Romanı əks etdirəcək, odur ki, müasir heç nə olmayacaq. İtaliyanın Baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəliblər. Bütün gəlir veteranlara sərf olunacaq”, - Mask yazıb.
Qeyd edək ki, Mask və Zukerberq qarışıq döyüş sənətləri (MMA) qaydalarına uyğun döyüşmək barədə bu ilin iyununda razılığa gəliblər.
Xəbər lenti
0