Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Heydər Əliyev adına Hərbi İnstitutu kursantlarla praktiki məşğələlər keçir

© AR Ministry of DefenceDüşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir
Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib.
BAKI, 11 avqust — Sputnik. Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib.
Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər.
Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Xəbər lenti
0