https://sputnik.az/20230811/ermenistanin-sraildeki-kecmis-sefiri-ve-onun-oglu-hebs-edilib-457274865.html
Ermənistanın İsraildəki sabiq səfirinin oğlu nə qədər həbsdə qalacaq?
Ermənistanın İsraildəki sabiq səfirinin oğlu nə qədər həbsdə qalacaq?
Sputnik Azərbaycan
Ata və oğul dövlətə 2,5 milyon ABŞ dolları məbləğində maddi ziyan vurmaqda təqsirləndirilirlər. 11.08.2023, Sputnik Azərbaycan
2023-08-11T20:36+0400
2023-08-11T20:36+0400
2023-08-11T20:08+0400
dünya xəbərləri
ermənistan
israil
səfir
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198318_0:304:2558:1743_1920x0_80_0_0_9fa3d7c72022d794ed057857f10fd5e3.jpg
BAKI, 11 avqust - Sputnik. Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan sentyabrın 30-a qədər həbsdə qalacaq.Sputnik Ermənistan-ın xəbərinə görə, Prokurorluğun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd etdiyi bildirilib.Qeyd edək ki, Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan iyulun 29-da saxlanılıb. Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəydiyi güman edilir.30.07.23, 11:29Ermənistanın paytaxtı İrəvanın birinci instansiya məhkəməsi ölkənin İsraildəki keçmiş səfiri Armen Smbatyanın oğlu, dirijor Sergey Smbatyanı iki ay müddətinə həbs edib.Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.Sergey Smbatyan və atası, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurmaqda təqsirləndirirlirlər.Prokurorluq əlavə edib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb.Armen Smbatyan ilə bağlı məhkəmə qərarının yaxın saatlarda çıxarılacağı gözlənilir.Qeyd edək ki, Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dünən saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198318_0:64:2558:1983_1920x0_80_0_0_c48e9818713ac09dadd6eefa142a8046.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, israil, səfir
ermənistan, israil, səfir
Ermənistanın İsraildəki sabiq səfirinin oğlu nə qədər həbsdə qalacaq?
Ata və oğul dövlətə 2,5 milyon ABŞ dolları məbləğində maddi ziyan vurmaqda təqsirləndirilirlər.
BAKI, 11 avqust - Sputnik. Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan sentyabrın 30-a qədər həbsdə qalacaq.
Sputnik Ermənistan-ın xəbərinə görə, Prokurorluğun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd etdiyi bildirilib.
Qeyd edək ki, Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan iyulun 29-da saxlanılıb. Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəydiyi güman edilir.
Ermənistanın paytaxtı İrəvanın birinci instansiya məhkəməsi ölkənin İsraildəki keçmiş səfiri Armen Smbatyanın oğlu, dirijor Sergey Smbatyanı iki ay müddətinə həbs edib.
Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Sergey Smbatyan və atası, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onlar dövlətə 966 milyon dram (2,5 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurmaqda təqsirləndirirlirlər.
Prokurorluq əlavə edib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb.
Armen Smbatyan ilə bağlı məhkəmə qərarının yaxın saatlarda çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dünən saxlanılıb.