DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan "Çocuklar duymasın"ın Halukunu vəzifəyə təyin etdi

© BAY ISMOYO / POOL / AFPTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru olub.
BAKI, 11 avqust — Sputnik. Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru təyin edilib. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi Qəzet"də dərc edilib.
Tamer Karadağlı kimdir?
Tamer Karadağlının ailəsi Qarsın Sarıkamış rayonunda yaşayıb. Məktəbə getməzdən əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb. Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib.
Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb. Aktyor bundan başqa, "Bir tutam baharat", "Memlekette Demokrasi Var", "Şans Kapıyı Kırınca", "Pamuk prens" və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur "Acayib hikayeler", "Doktorlar", "Fedai", "Ah kalbim" və s. seriallarına çəkilib.
Xəbər lenti
0