https://sputnik.az/20230811/cma-ermeni-kilsesini-texribatci-fealiyyete-son-qoymaga-cagirib-457636776.html
İcma erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb
İcma erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb
Sputnik Azərbaycan
Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri... 11.08.2023, Sputnik Azərbaycan
2023-08-11T21:51+0400
2023-08-11T21:51+0400
2023-08-11T21:51+0400
siyasət
kilsə
təxribat
erməni təxribatı
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/06/425651001_0:0:2968:1669_1920x0_80_0_0_1d3d644399bd00f539161e6b7dc04ca2.jpg
BAKI, 11 avqust - Sputnik. Qərbi Azərbaycan İcması erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb.Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.Bildirilib ki, Qərbi Azərbaycan İcması erməni katolikoslarının Azərbaycanın Qarabağ bölgəsində özünə “parlament sədri” kimi qondarma ad vermiş şəxsi təbrik edərək təxribatçı fikirlər səsləndirmələrini kəskin şəkildə pisləyir və bunu Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir.Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri hesab edir. 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, etnik təmizləməni alqışlamış erməni kilsəsi bu gün də düşmənçiliyi, nifrəti, revanşizmi təşviq edir.Qərbi Azərbaycan İcması erməni kilsəsini bu kimi təxribatçı fəaliyyətə son qoymağa, sülhü, barışığı təbliğ etməyə və bu xüsusda Ermənistan hakimiyyətini İcmanın dialoq təklifini cavablandırmağa təşviq etməyə, Ermənistanda Azərbaycan xalqının tarixi və dini irsinin dağıdılması, təhrif olunması siyasətinə qarşı çıxmağa çağırır.Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları erməni kilsəsinin destruktiv, dini bölücülük salan, Azərbaycanafob əməllərini pisləməyə çağırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/06/425651001_0:0:2732:2048_1920x0_80_0_0_de98ee32f77e8279e0783a41f1daec8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kilsə, təxribat, erməni təxribatı
kilsə, təxribat, erməni təxribatı
İcma erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb
Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri hesab edir.
BAKI, 11 avqust - Sputnik. Qərbi Azərbaycan İcması erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb.
Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Qərbi Azərbaycan İcması erməni katolikoslarının Azərbaycanın Qarabağ bölgəsində özünə “parlament sədri” kimi qondarma ad vermiş şəxsi təbrik edərək təxribatçı fikirlər səsləndirmələrini kəskin şəkildə pisləyir və bunu Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir.
Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri hesab edir. 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, etnik təmizləməni alqışlamış erməni kilsəsi bu gün də düşmənçiliyi, nifrəti, revanşizmi təşviq edir.
Qərbi Azərbaycan İcması erməni kilsəsini bu kimi təxribatçı fəaliyyətə son qoymağa, sülhü, barışığı təbliğ etməyə və bu xüsusda Ermənistan hakimiyyətini İcmanın dialoq təklifini cavablandırmağa təşviq etməyə, Ermənistanda Azərbaycan xalqının tarixi və dini irsinin dağıdılması, təhrif olunması siyasətinə qarşı çıxmağa çağırır.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları erməni kilsəsinin destruktiv, dini bölücülük salan, Azərbaycanafob əməllərini pisləməyə çağırır.