Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Aysberqin qorxu saçan zirvəsi: ABŞ iqtisadiyyatı nə vaxt çökəcək

© AP Photo / Richard DrewNyu-York birjasında treyder, arxiv şəkli
Nyu-York birjasında treyder, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Ötən həftə "Fitch Ratings" ilk dəfə olaraq ABŞ-ın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla AAA-dan AA+-a aşağı endirib. ABŞ iqtisadiyyatında həyəcan zəngi çalınır?
BAKI, 11 avqust — Sputnik. ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı gündəlik olaraq narahatlıq doğuran xəbərlər gəlir - ölkənin borcu artır, milli valyutanın alıcılıq qabiliyyəti aşağı düşür, biznes fəallığı azalır, inflyasiya isə səngimək bilmir. Üstəlik, hətta dünya maliyyə və reytinq qurumları da ABŞ iqtisadiyyatına ədalətli qiymət verməyə başlayıblar.
Məsələn, ötən həftə "Fitch Ratings" ABŞ-ın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla AAA-dan AA+ səviyyəsinə endirib. Agentlik reytinqin aşağı salınmasına səbəb kimi fiskal vəziyyətin pisləşməsi, yüksək borc yükü və iqtisadi tənəzzül təhlükəsinin davam etməsi ehtimalını göstərib.
Qeyd edək ki, Fitch ilk dəfədir ki, ABŞ-ın reytinqini aşağı salır - əvvəllər agentlik ölkənin reytinqini AAA səviyyəsində saxlayaraq, yalnız mümkün azalma barədə xəbərdarlıq edirdi.
Ekspertlər hesab edirlər ki, reytinqin aşağı düşməsi ABŞ iqtisadiyyatının problemlər aysberqinin yalnız görünən hissəsidir və onu dərk etdikcə, dünya iqtisadiyyatının taleyi üçün də elə bir o qədər təlaş yaranır.
Getdikcə böyüyən borc dağı
Şübhəsiz ki, bu gün ABŞ iqtisadiyyatının əsas problemi nəhəng borcdur - hazırda o, təkcə son iki ayda 600 milyard dollardan çox artıb. Razılaşın ki, bu hətta dünyanın ən böyük iqtisadiyyatı üçün də ağlasığmaz məbləğdir.
Eyni zamanda, ABŞ-ın dövlət borcu son 20 ildə kəskin şəkildə - 2000-ci illərin əvvəllərindəki 5 trilyon dollardan hazırkı 32,6 trilyon dollara qədər artıb.
ABŞ dövlət borcunun artım tempini buradan izləyə bilərsiniz:
Ölkənin dövlət borcu Demokratlar və Respublikaçılar arasında mübahisə mövzusuna çevrilib - sonuncular qanuni borc tavanını artırmaqdan imtina edirlər.
Milli borcla bağlı son böhran mayın sonunda, o, yenidən tavan həddini aşdıqda və ölkə hökumətinin bundan sonra nə edəcəyini - defolt elan etmək və ya limiti artırmaq barədə qərar verməli olduğu zaman baş verib. Uzun müzakirələrdən sonra Prezident Co Bayden iyun ayında milli borc tavanının növbəti dəfə artırılması haqqında qanunu imzalayıb.
Belə bir artım isə o deməkdir ki, ölkə parlamenti xərcləri ödəmək, o cümlədən dövlət borcu üçün əlavə kredit cəlb etməyə, yəni borcun ödənilməsi üçün kredit götürməyə icazə verir. Qeyd edək ki, ABŞ-da İkinci Dünya Müharibəsindən sonra dövlət borcunun tavanı təxminən 100 dəfə qaldırılıb və onun artırılmasından imtina faktiki olaraq borcları ödəməyin mümkünsüzlüyü deməkdir.
© Sputnik / Murad Orujov50 dollar, arxiv
Купюра номиналом в 50 долларов, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.08.2023
50 dollar, arxiv
Dövlət borcu ilə bağlı qorxunc rəqəmlərin analitiklər tərəfindən yaxın gələcəkdə daha da sürətlə artacağı pronozlaşdırılır. Belə ki, "Bank of America"nın ekspertləri onun növbəti on il ərzində gündəlik 5 milyard dollardan çox artacağını bildirirlər.
Ekspertlər həm də ölkənin borcunun iqtisadiyyatından daha sürətlə artacağını və 2033-cü ildə ABŞ ÜDM-nin bu ilki 98,2%-ə qarşı 118,9%-ə çatacağını bildiriblər.
İnvestorlar ABŞ-ın əsas silahına inamlarını itirirlər
Qeyd edək ki, ABŞ dünyada qızılla təmin edilməyən əskinasları buraxa bilən yeganə ölkədir. ABŞ-ın "mətbəəsi" Maliyyə Nazirliyinə qeyri-məhdud miqdarda məbləğə zəmanət verə bilər.
Lakin belə bir məsələ fəlakətli nəticələrə gətirib çıxara bilər. İqtisadçılar hesab edirlər ki, ABŞ valyutası Federal Ehtiyat Sisteminin (FES) süni dəstəyinə baxmayaraq alıcılıq qabiliyyətini itirir.
Beləliklə, ABŞ Maliyyə Nazirliyinin əsas vasitəsinin - xəzinə istiqrazlarının (Treasury Bonds) və ya ABŞ hökumətinin müxtəlif ölkələrin investorları və hökumətləri üçün əsas qiymətli kağızlar olan borc öhdəliklərinin dəyəri itirilir.
Ümumiyyətlə, dünyanın hər yerindən olan investorlar başa düşməyə başlayıblar ki, artan dövlət borcları və dolların davamlı emissiyası istiqraz köpüyünün hər an partlaması ilə nəticələ bilər.
Burada əsas qorxu investorların əldə etdikləri qiymətli kağızları sata bilməyəcəyi deyil, onları bir neçə ildən sonra sataraq, dolların ucuzlaşması səbəbindən real gəlir əldə etməyəcəkləridir.
Amerikanın "Schiff Gold" nəşri bu barədə belə yazır:
"Hansısa bir məqamda insanlar başa düşməlidirlər ki, ABŞ hökumətinin borclarını ödəmək üçün pul çap etməli olması xəzinə istiqrazlarını almamaq üçün bir səbəbdir. Təsəvvür edin ki, xəzinə istiqrazları yalnız ABŞ dolları ilə olan gələcək ödənişlərdir. Beləliklə, siz həqiqətən valyuta reytinqinə baxmalı və 30 ildən sonra dolların qiymətinin nə qədər olacağını düşünməlisiniz: həmin 4% bu dövrdə inflyasiya səbəbindən itirdiyinizi ört-basdır edərək sizə bir növ müsbət qazanc verəcəkmi?
ABŞ iqtisadiyyatının 33 bədbəxtliyi
Dövlət borcu və dövlət istiqrazlarının cəlbediciliyini itirməsi ilə yanaşı, təkcə Amerikanın deyil, dünya iqtisadiyyatının da əsas bəlası olan inflyasiya ABŞ-ı gözləyən iqtisadi tənəzzülün əsas səbəbidir. Belə ki, qiymət artımı ilə mübarizə aparmağa çalışan FED uçot dərəcəsini hər dəfə artırıb və keçən ay rekord həddə - 5,5%-ə yüksəldib. Yüksək dərəcə, ABŞ bazarı üçün çox yüksək neft qiymətləri ilə birlikdə ölkədə ilin əvvəlindən aşağı düşən sənayedə işgüzar aktivliyin azalmasına səbəb oldu və may ayındakı 46,9%-dən iyun ayında antirekord - 46%-ə çatdı.
Lakin ABŞ iqtisadiyyatı üçün kifayət qədər uzun sürən tənəzzülün qarşısını almağın mümkün olmadığına dair əsas siqnal gəlir əyrisinin inversiyası - ölkənin qısamüddətli borc kağızlarının gəlirliliyinin uzunmüddətli qiymətli kağızların gəlirliliyini üstələdiyi bir vəziyyətdir.
Belə ki, ABŞ maliyyə mediasının məlumatına görə, uzun müddət ərzində ilk dəfə olaraq 5-10 illik (qısamüddətli) və 30 illik (uzunmüddətli) istiqrazların gəlirliliyi bahalaşarkən, qısamüddətli istiqrazlar daha çox gəlir gətirib. Bu vəziyyət, iqtisadçıların fikrincə, ABŞ iqtisadiyyatı üçün müsbət amil deyil və gözlənilən tənəzzülün əsas siqnalıdır. Beləliklə, qısamüddətli öhdəliklərin gəliri uzunmüddətli öhdəliklərin gəlirliliyini üstələdikdən sonra son 50 il ərzində ABŞ-da iqtisadi tənəzzül mütləq şəkildə baş verib.
Ekspertlər hesab edirlər ki, ABŞ iqtisadiyyatındakı çoxsaylı problemlər onun həm tərəfdaş ölkələrə, həm də dollardan asılılığını nəzərə alaraq bütövlükdə dünya iqtisadiyyatına təsir göstərəcək.
Nəzərə almaq lazımdır ki, 2022-ci ilin sonuna qədər dünya ehtiyatlarının 60%-dən çoxu dollarda saxlanılıb və ABŞ valyutası zəifləsə, bundan bütün dünya iqtisadiyyatı zərər görəcək. Məhz buna görə də, iqtisadçılar hesab edirlər ki, hələ də kifayət qədər ləng gedən de-dollarizasiya prosesi dünya ölkələri üçün tərəfdaşlarla iqtisadi əlaqələrin qurulmasında prioritet olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0