https://sputnik.az/20230810/yb-milli-valyutalarinda-kapitallasma-ve-kreditlesmeni-artirmalidir---maliyye-naziri-457601191.html
YİB milli valyutalarında kapitallaşma və kreditləşməni artırmalıdır - Maliyyə naziri
YİB milli valyutalarında kapitallaşma və kreditləşməni artırmalıdır - Maliyyə naziri
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, bankın əməliyyatlarında milli valyutaların payının artırılması məsələsi avqustun 22-dən 24-dək Yohannesburqda (Cənubi Afrika)... 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T21:14+0400
2023-08-10T21:14+0400
2023-08-10T21:14+0400
briks
dünya xəbərləri
nazir
cənubi afrika respublikası
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0a/457601025_0:0:2888:1625_1920x0_80_0_0_65ce7573b59408a084107936814c1374.jpg
BAKI, 10 avqust — Sputnik. bBRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən yaradılmış Yeni İnkişaf Bankı (YİB) assosiasiya ölkələrinin milli valyutalarında kapitallaşma və kreditləşməni artırmalıdır. Xarici KİV-lərin məlumatına görə, unu Cənubi Afrikanın maliyyə naziri İnok Qodonqvana deyib. Nazirin sözlərinə görə, bankın əməliyyatlarında milli valyutaların payının artırılması məsələsi avqustun 22-dən 24-dək Yohannesburqda (Cənubi Afrika) keçiriləcək BRİKS sammitində müzakirə olunacaq. YİB-nin maliyyə direktoru Leslie Maasdorpun sözlərinə görə, assosiasiya iştirakçılarının valyutalarında kreditlərin payı 2026-cı ilə qədər 22%-dən 30%-ə qədər arta bilər. "Reuters" agentliyinin məlumatına görə, Çin milli valyutada maliyyə xidmətləri bazarını inkişaf etdirməkdə digərlərindən daha uğurludur. Ötən il Çin 13 milyard yuan (1,8 milyard dollar) dəyərində dövlət istiqrazları buraxıb. Digər iqtisadiyyatlar bu baxımdan geridə qalır, lakin YİB avqust ayında Cənubi Afrika istiqrazlarının buraxılışını 1,5 milyard randova (81 milyon ABŞ dolları) qədər artırmağa və ilin sonuna qədər ilk Hindistan rupisi istiqrazlarını buraxmağa ümid edir. Baş ofisi Şanxayda yerləşən Yeni İnkişaf Bankı 2014-cü ilin iyulunda Fortalezada keçirilən VI BRİKS sammitində imzalanmış hökumətlərarası saziş əsasında yaradılıb. Məqsəd üzv dövlətlərdə və inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrini və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. 2021-ci ildə NDB Banqladeş, Misir, BƏƏ və Uruqvayın bankın fəaliyyətində yeni iştirakçı kimi qəbul edilməsini təsdiqləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0a/457601025_0:0:2640:1980_1920x0_80_0_0_3a129ef878192aa912a2aa1e285fabab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
briks , nazir, cənubi afrika respublikası, valyuta
briks , nazir, cənubi afrika respublikası, valyuta
YİB milli valyutalarında kapitallaşma və kreditləşməni artırmalıdır - Maliyyə naziri
Nazirin sözlərinə görə, bankın əməliyyatlarında milli valyutaların payının artırılması məsələsi avqustun 22-dən 24-dək Yohannesburqda (Cənubi Afrika) keçiriləcək BRİKS sammitində müzakirə olunacaq.
BAKI, 10 avqust — Sputnik. bBRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən yaradılmış Yeni İnkişaf Bankı (YİB) assosiasiya ölkələrinin milli valyutalarında kapitallaşma və kreditləşməni artırmalıdır. Xarici KİV-lərin məlumatına görə, unu Cənubi Afrikanın maliyyə naziri İnok Qodonqvana deyib.
"Üzv olan ölkələrin əksəriyyəti kreditlərin milli valyutalarda verilməsinin tərəfdarıdır", - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, bankın əməliyyatlarında milli valyutaların payının artırılması məsələsi avqustun 22-dən 24-dək Yohannesburqda (Cənubi Afrika) keçiriləcək BRİKS sammitində müzakirə olunacaq.
YİB-nin maliyyə direktoru Leslie Maasdorpun sözlərinə görə, assosiasiya iştirakçılarının valyutalarında kreditlərin payı 2026-cı ilə qədər 22%-dən 30%-ə qədər arta bilər.
"Bank iştirakçı ölkələrin tələbləri əsasında kreditlərin veriləcəyi valyutaların nisbətinə qərar verəcək", - Maasdorp bildirib.
"Reuters" agentliyinin məlumatına görə, Çin milli valyutada maliyyə xidmətləri bazarını inkişaf etdirməkdə digərlərindən daha uğurludur. Ötən il Çin 13 milyard yuan (1,8 milyard dollar) dəyərində dövlət istiqrazları buraxıb. Digər iqtisadiyyatlar bu baxımdan geridə qalır, lakin YİB avqust ayında Cənubi Afrika istiqrazlarının buraxılışını 1,5 milyard randova (81 milyon ABŞ dolları) qədər artırmağa və ilin sonuna qədər ilk Hindistan rupisi istiqrazlarını buraxmağa ümid edir.
Baş ofisi Şanxayda yerləşən Yeni İnkişaf Bankı 2014-cü ilin iyulunda Fortalezada keçirilən VI BRİKS sammitində imzalanmış hökumətlərarası saziş əsasında yaradılıb. Məqsəd üzv dövlətlərdə və inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrini və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. 2021-ci ildə NDB Banqladeş, Misir, BƏƏ və Uruqvayın bankın fəaliyyətində yeni iştirakçı kimi qəbul edilməsini təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.