https://sputnik.az/20230810/vahid-valyutanin-tetbiqi-ile-bagli-mexanizmler-artiq-ise-dusub-457543758.html
Vahid valyutanın tətbiqi ilə bağlı mexanizmlər artıq işə düşüb
Vahid valyutanın tətbiqi ilə bağlı mexanizmlər artıq işə düşüb
Sputnik Azərbaycan
Beynəlxalq ticarət əməliyyatlarının 80%-dən çoxu ABŞ dolları ilə həyata keçirilir, dollar dünya valyuta ehtiyatlarının 58%-ni təşkil edir. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T08:01+0400
2023-08-10T08:01+0400
2023-08-10T08:01+0400
valyuta
dünya xəbərləri
briks
cənubi afrika
abş dolları
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443368275_0:0:3131:1762_1920x0_80_0_0_a6e21d291ffee613121a43925ed977af.jpg
BAKI, 10 avqust — Sputnik. BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderləri avqustun 22-dən 24-dək keçiriləcək sammitdə vahid valyutanın tətbiqi perspektivlərini və de-dollarizasiya imkanlarını müzakirə edəcəklər. Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Məlumata görə, gündəliyin əsas mövzularından biri təşkilata mümkün yeni üzvlərin qəbulu ilə yanaşı, milli valyutalarla ticarətin genişləndirilməsi və dollardan asılılığın azaldılması olacaq. BRİKS üzvləri 10 ildən artıqdır ki, ABŞ valyutasından asılılığı azaltmağa çalışırlar, lakin hazırda Ukraynada davam edən münaqişə və ABŞ hökumətinin Rusiyanın 300 milyard dollara yaxın valyuta ehtiyatlarını dondurması fonunda bu məsələ müzakirə olunur. Qeyd olunur ki, BRİKS ölkələri yeni sistemə gedən yolda çoxlu maneələrlə üzləşirlər. Beynəlxalq ticarət əməliyyatlarının 80%-dən çoxu ABŞ dolları ilə həyata keçirilir, dollar dünya valyuta ehtiyatlarının 58%-ni təşkil edir. Bundan əlavə, BRİKS ölkələrinin vahid valyutasının tətbiqi assosiasiya ölkələrinin siyasi və iqtisadi dinamikasının xüsusiyyətlərini nəzərə alacaq etibarlı tənzimləmə sisteminin yaradılması zərurəti ilə çətinləşir. Tam de-dollarizasiya yaxın gələcəkdə baş verməsə də, buna nail olmaq üçün mexanizmlər artıq işə düşüb. BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək, ona Cənubi Afrika Respublikası sədrlik edəcək. Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq Naziri Naledi Pandorun sözlərinə görə, BRİKS ölkələrinin liderləri təşkilatın genişləndirilməsini müzakirə edəcəklər. Onun sözlərinə görə, 23 ölkə, o cümlədən İran assosiasiyaya üzv olmaq üçün rəsmi müraciət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443368275_391:0:3122:2048_1920x0_80_0_0_c5406596af4cab11b65c9e0a401b6847.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
valyuta, briks , cənubi afrika, abş dolları
valyuta, briks , cənubi afrika, abş dolları
Vahid valyutanın tətbiqi ilə bağlı mexanizmlər artıq işə düşüb
Beynəlxalq ticarət əməliyyatlarının 80%-dən çoxu ABŞ dolları ilə həyata keçirilir, dollar dünya valyuta ehtiyatlarının 58%-ni təşkil edir.
BAKI, 10 avqust — Sputnik. BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderləri avqustun 22-dən 24-dək keçiriləcək sammitdə vahid valyutanın tətbiqi perspektivlərini və de-dollarizasiya imkanlarını müzakirə edəcəklər. Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, gündəliyin əsas mövzularından biri təşkilata mümkün yeni üzvlərin qəbulu ilə yanaşı, milli valyutalarla ticarətin genişləndirilməsi və dollardan asılılığın azaldılması olacaq. BRİKS üzvləri 10 ildən artıqdır ki, ABŞ valyutasından asılılığı azaltmağa çalışırlar, lakin hazırda Ukraynada davam edən münaqişə və ABŞ hökumətinin Rusiyanın 300 milyard dollara yaxın valyuta ehtiyatlarını dondurması fonunda bu məsələ müzakirə olunur.
Qeyd olunur ki, BRİKS ölkələri yeni sistemə gedən yolda çoxlu maneələrlə üzləşirlər. Beynəlxalq ticarət əməliyyatlarının 80%-dən çoxu ABŞ dolları ilə həyata keçirilir, dollar dünya valyuta ehtiyatlarının 58%-ni təşkil edir. Bundan əlavə, BRİKS ölkələrinin vahid valyutasının tətbiqi assosiasiya ölkələrinin siyasi və iqtisadi dinamikasının xüsusiyyətlərini nəzərə alacaq etibarlı tənzimləmə sisteminin yaradılması zərurəti ilə çətinləşir. Tam de-dollarizasiya yaxın gələcəkdə baş verməsə də, buna nail olmaq üçün mexanizmlər artıq işə düşüb.
BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək, ona Cənubi Afrika Respublikası sədrlik edəcək. Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq Naziri Naledi Pandorun sözlərinə görə, BRİKS ölkələrinin liderləri təşkilatın genişləndirilməsini müzakirə edəcəklər. Onun sözlərinə görə, 23 ölkə, o cümlədən İran assosiasiyaya üzv olmaq üçün rəsmi müraciət edib.