CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızmar yay günləri davam edir - Proqnoz

© Sputnik / Ilham MustafayevXınalıq yolu, arxiv
Xınalıq yolu, arxiv  - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
BAKI, 10 avqust — Sputnik. Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0