SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Okamponun hesabatında əsassız ittihamlar var - Prezidentin köməkçisi

© Sputnik / Murad OrujovHikmət Hacıyev
Hikmət Hacıyev  - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə edib.
BAKI, 10 avqust — Sputnik. "Vəkil Luis Moreno Okamponun hesabatında əsassız iddialar var". Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Associated Press" agentliyinə müsahibəsində deyib.

"Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri ehtiva edir", - o vurğulayıb.

Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında Okamponun əslində kim olduğu barədə faktlar ortaya qoyub.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib.
Belə ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə edib.
Bununla yanaşı, Xocalı soyqırımını törətmiş hərbi cinayətkar olan Ermənistanın eks-prezidenti Serj Sarkisyanın İrəvanda Okamponu qarşılaması bildirilir.

"Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir", - H.Hacıyev qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0